Zakir Həsənov hospitalda əsgərlərə baş çəkdi - FOTOLAR

Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar martın 19-da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
Nazirliyin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, əvvəlcə hərbi tibb müəssisəsinin həyətində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, ehtiram ifadə edilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb. Hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.
Hospitalın kollektivi ilə görüşən Müdafiə naziri onları bayram münasibətilə təbrik edib, uğurlar diləyib və müvafiq tapşırıqlar verib.





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























