Prezidentliyə namizədlər çıxışlara başladılar

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində
namizəd olan 8 siyasətçinin bu gün saat 22:00-da İTV-də ilk debatı
olacaq.
"Qafqazinfo” xəbər verir ki, bu gün Mərkəzi Seçki Komissiyasında keçirilmiş püşkatmanın nəticələrinə əsasən, çıxışlar aşağıdakı ardıcıllıqla müəyyən olunub.
1. Zahid Oruc
2. Araz Əlizadə
3. Qüdrət Həsənquliyev
4. İlham Əliyev
5. Razi Nurullayev
6. Sərdar Cəlaloğlu
7. Fərəc Quliyev
8. Hafiz Hacıyev
Qeyd edək ki, hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə debat təşkil olunacaq, həftədə 3 saat isə İctimai radioda debatlar keçiriləcək və saat 19:00-da başlayacaq.
***
Zahid Oruc: "Ölkədə siyasi qüvvələr arasında münasibətlər uzun illərdir ki, siyasi düşmənçilik üzərində qurulub. Biz bu məsələni həll etməliyik. Bu mənada buradan Lalə Şövkət, İsa Qəmbər və Etibar Məmmədova çağırış edirəm. Qoy onlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib sübut etsinlər ki, dövlət quran kişilərə hörmət edirlər”.
***
Qüdrət Hsənquliyev: "Azərbaycanda hökumət üzərində ciddi müxalifət nəzarəti yoxdur”.
***
Əli Əhmədov: "Ölkədə aparılan tədbirlər sahəsində 1,9 milyon iş yeri açılıb və iş tələb edən 1,5 milyon yeni insan yaranıb. Digər sahələrdə də böyük qurucluq işləri görülüb”.
***
Razi Nurullayev: "Azərbaycanda yeni söyüş və təhqir ənənəsi yaranıb. Biz bu təzahürlərə qarşı birləşib mübarizə aparmalıyıq. Mən burdan Vidadi İsgəndərliyə səslənirəm. O, ritorikasını dəyişsin. Çünki Azərbaycanda bu cür təhqir dolu danışıqlar vətəndaş müharibəsinə gətirib çıxarır”.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib