AŞPA həmməruzəçiləri seçkini müşahidə edəcəklər

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı səsvermə prosesini müşahidə edəcəklər.
AzVision.az-ın məlumatına görə, onlar AŞPA müşahidə missiyasının tərkibində səsvermə ərəfəsində Azərbaycana səfər edəcəklər.
Missiyaya həmçinin Venesiya Komissiyasının üzvü Erik Holmoyvik daxil edilib.
Qeyd edək ki, AŞPA Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə prosesini ATƏT/DTİHB və ATƏT PA ilə koordinasiyalı şəkildə müşahidə edəcək. Viorel Riçard Badeanın rəhbərlik edəcəyi missiyaya 33 nəfər daxildir.
Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























