• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Afrin Zəfər Festivalı keçiriləcək

Bakıda Afrin Zəfər Festivalı keçiriləcək
26.03.2018 10:19
Bakıda "Bayrağını al gəl! Türkiyəni sevən gəlsin!” şüarları altında Afrin Zəfər Festivalı keçiriləcək.


Trend-in məlumatına görə, Okuklu Holdinq İdarə Heyətinin sədri Yılmaz Okuklunun təşəbbüsü ilə keçiriləcək Festivalda Azərbaycanın və Türkiyənin görkəmli dövlət rəsmiləri, səfirlik nümayəndələri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media nümayəndələri və ictimaiyyətin tanınmış simaları iştirak edəcəklər.


Afrin Zəfər Festivalına Türkiyədən "EkoAvrasya" İdarə heyətinin sədri Hikmet Eren, "EkoAvrasiya" Məşvərət Şurasının sədri, keçmiş millət vəkili Feramüz Üstün, Uşakdan olan millət vəkili Mehmet Altay, Kilisdən olan millət vəkili Reşit Polat, "ALT Yapım” rəhbəri Sacit Altun və başqaları qatılacaq.


Festivalda vətənpərvərlik ruhunda mahnılar, rəqslər, Türkiyənin qədim adət-ənənələrini əks etdirən mədəniyyət nümunələri nümayiş olunacaq.


Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi terrorçulardan azad olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol