• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın Ermənistanda böyük məğlubiyyəti

Rusiyanın Ermənistanda böyük məğlubiyyəti
26.03.2018 15:35
Ermənistan parlamentinin keçmiş deputatı Stepan Qriqoryan NATO və Avropa Birliyini ərazisindən rus diplomatları qovmuş Britaniyanı dəstəkləməyə çağırıb.

İstiPress-in məlumatına görə, Stepan Qriqoryan ekspertlərin "Avropa dəyərləri” (Praqa, Çexiya) siyasi institutunun saytında yerləşdirilmiş açıq məktubunu dəstəkləyib.

Britaniyada nəşr olunan "The Times” qəzetinin yazdığına görə, 20 Avropa ölkəsi və ABŞ da Böyük Britaniya kimi Rusiya diplomatlarını ölkədən çıxarmağa hazırlaşır, səbəb isə Böyük Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyanın Rusiyada istehsal edilmiş sinir iflicedici maddə "Noviçok”la zəhərlənməsidir.

Stepan Qriqoryan əslində Ermənistanı Rusiyanın nəzarətindən çıxarmağa çalışan qərb yönümlü qruplaşmanı təmsil edir. Əslində, sayı minlərlə olan qərbyönümlülər KİV-lərdə və QHT-lərdə çox sayda təmsil olunurlar və qərb fondları onlara böyük qrantlar verir. Bu curnalistlər və ekspertlər mətbuatda çıxış edərək Qərbin Ermənistana böyük dəstəyindən əfsanələr uydururlar.

Məsələn, "Lragir”in yazdığına görə, keçmiş dissident və Ermənistan parlamentinin keçmiş deputatı Azat Arşakyan iddia edir ki, Qərb artıq Ermənistanı "götürməyə” başlayıb.

Amma "Lragir”in şərhçisi Naira Ayrumyan  bu fikirlə razılaşmır və Arşakyanın sözlərini mübahisəli iddia adlandırır:

"Məsələn, ABŞ bu il son iyirmi il ərzində ilk dəfə Ermənistana və Qarabağa bir sent belə ayırmaq niyyətində deyil. İstənilən halda, ABŞ dövlət büdcəsinin təsdiq olunması barədə dərc olunmuş sənddə Ukrayna  və Gürcüstana çox milyonluq yardımlar barədə qeydlər var, amma Ermənistan barədə bir kəlmə də yoxdur”,- deyə Ayrumyan vurğulayır.

Başqa cür ola bilməzdi - Ermənistan dövlətçiliyinə atribut olan demək olar ki, hər şeyi - ordunu, sərhədləri, diplomatik fəaliyyəti Rusiyanın nəzarətinə verib. Bu, ölkənin fəzasını və sərhədlərini Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası qoruyur. Hələ ki, maliyyə sektoru müstəqildir, amma yaxın illərdə erməni milli valyutası dramın da ləğv edilərək Avrasiya İttfaqının vahid valyutası altunla əvəz ediləcəyi gözlənilir.    

Amma istənilən halda, qərb yönümlü ekspertlər ictimai rəyə ciddi təsir göstərə bilirlər. Əgər əvvəlki illərdə Ermənistanda qərb tərəfdaşları əhalinin 15 faizini təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 45 faizə qalxıb. Yəni Rusiyanın maraqları Ermənistanda böyük məğlubiyyətə uğrayıb.  

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol