• $
  • €
  • ₽
  • ₺
  • £

Hikmət Hacıyev: Ermənistan danışıqları uzatmaq istəyir

Hikmət Hacıyev: Ermənistan danışıqları uzatmaq istəyir
27.03.2018 16:28
Ermənistan xarici işlər nazirinin substantiv danışıqlara qarşı xüsusi fobiyası var. 2017-ci ilin payızından etibarən danışıqların predmetli və konkret əsasda aparılması, deyəsən, Ermənistan xarici işlər nazirini ciddi şəkildə narahat edir. 

Anews.az xəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın bu gün İrəvanda mətbuat konfransında səsləndirdiyi fikirlərini şərh edərkən deyib.

XİN rəsmisinin sözlərinə görə, Ermənistan hər bir vəchlə qəsdən danışıqların danışıqlar naminə aparılması və danışıqların imitasiya edilməsi siyasətini yürüdür.

"Bununla, Ermənistan danışıqlar prosesini uzatmaq və Azərbaycan ərazilərinin işğalının davam etdirmək kimi çirkin məqsəd güdür.

Münaqişənin fundamental əsasını təşkil edən işğal faktına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması əvəzinə, Ermənistanın siyasi-hərbi rəhbərliyi qəsdən danışıqlarda diqqəti texniki-köməkçi məsələlərə yönətməyə çalışır.

Ermənistanın bir dövlət olaraq Azərbaycanın əzəli torpaqlarında yaradılması tarixi faktdır.

Ermənistanın siyasi-hərbi rəhbərliyinə XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən yalnız Yerevan şəhərində aparılmış əhalinin siyahıyaalma statistikasına nəzər salmağı tövsiyə edərdik.  

Hələ də mifik və xəstə "böyük Ermənistan” xülyası ilə yaşayan Ermənistan rəhbərliyi natamamlıq kompleksindən əziyyət çəkərək müxtəlif əfsanələrlə erməni xalqını aldatmaq, qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürmək və işğalçılıq siyasəti yürütməklə məşğuldur.

Regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan rəhbərliyi Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi əməllərinə görə məsuliyyətini etiraf etməli, BMT nizamnaməsi, beynəlxalq hüququn norma və prinsiplərinə görə daşıdığı öhdəliklərinə əməl etməli və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, öz qoşunlarını dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır”, - deyə H. Hacıyev sonra qeyd edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol