• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın "Yeni Aprel" anonsu: Bakının ərazi üstünlüyü...

Rusiyanın "Yeni Aprel" anonsu: Bakının ərazi üstünlüyü...
27.03.2018 15:13
İki il əvvəl Dağlıq Qarabağda baş verən aprel döyüşləri qaçılmaz idi. Nisbi tarazlığın iflası onun səbəbi oldu .

Publika.az xəbər verir ki, bunu Rusiyanın "Kommersant” nəşrində Strategiyalar və Texnalogiyaların Analizi Mərkəzinin direktor müavini Konstantin Makienko yazıb.

Onun sözlərinə görə, 2004-cü ildən sonra Azərbaycanın hərbi büdcəsi kəskin yüksəldi və silah alınmaları artdı. Makienko 2008-ci ildən Bakının hərbi idxalın modelini dəyişdirdiyini, yüksək texnologiyalı silahların alınması üzrə sifarişləri artırdığını, yalnız post-sovet respublikaları deyil, həm də İsrail və Qərbdən silah aldığını bildirib.

"Nəticədə 2014-cü ildə Azərbaycan Ordusunun Ermənistan ordusunun üzərinə hərbi-texniki üstünlüyü əzici oldu. Tanklar və kalibri 100 millimetrdən yuxarı olan artilleriya üzrə üstünlük ikiqat, reaktiv yaylım atəş sistemləri üzrə üstünlük üçqat olmuşdu. Bu üstünlük 300 millimetrli kalibrli ən güclü reaktiv yaylım atəş sistemi üzrə mütləq oldu. Məhz ağır uzaqvuran raket sistemlərində nəhəng üstünlük əsas stabilliyi pozan amildir”, - o qeyd edib.

Mərkəzinin direktor müavini hesab edir ki, tarixi təcrübə güc balansının kəskin dəyişdiyi vaxtda silahlı konflikt riskinin ciddi artdığını göstərir:

"Azərbaycan son 10 ildə silahların alınmasına və ordunun müasirləşməsinə demək olar ki, 25 milyard xərcləyib. 2016-cı ilin aprelində onun hərbi-texniki üstünlüyü nəticəsində itkilərin nisbəti erməni tərəfi üçün demək olar ki, qəbuledilməz oldu. Bu halda, uzunmüddətli demoqrafik və iqtisadi trendlər Azərbaycanın xeyrinədir. Bu, o deməkdir ki, güclərin yeni toqquşması ehtimalı yüksək qalır”.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin ətrafında vəziyyət Rusiya diplomatiyası üçün mürəkkəb çağırışları doğurur. Ekspert qeyd edir ki, Moskva Azərbaycan və Ermənistanla münasibətlərdə çətin balansı saxlamalıdır. Makienko bildirib ki, Rusiya kimi ABŞ və Avropa da atəşin müddətsiz dayandırılmasını dəstəkləyir.

"Bundan başqa, yalnız Qərb və Rusiya deyil, həmçinin İran Qarabağ münaqişəsində vahid mövqedən çıxış edir. Bu unikal razılıq əla ilkin şərtdir, amma, əfsus ki, yenidən qan tökülməsinin qarşısının alınmasının zəmanəti çox deyil”, - ekspert yekunlaşdırıb.

Yuxarıdakı fikirləri şərh edən erməni ekspert Sərkis Artsruni də Azərbaycanın hərbi və diplomatik sahədə böyük uğurlar qazanmasına diqqət çəkib. Onun sözlərinə görə, ötən müddətdən Ermənistanda yeni keyfiyyətli dövlətin formalaşması üçün istifadə edilmiş olsaydı, Dağlıq Qarabağ münaqişəsində statusa-kvonun saxlanılması üzrə İrəvanın siyasətinə haqq qazandırıla bilərdi. Erməni ekspert Azərbaycanın beynəlxalq meydanlarda böyük uğurlar qazandığını və silahlanma sahəsində balansı dəyişdirdiyini qeyd edib.

"Ermənistanın birinci Qarabağ müharibəsində əldə etdiyi qələbənin siyasi və mənəvi effekti iki onillikdə dağıdıldı. Qələbə qanunsuz sərvətə sahib olan və saxta seçkilərlə yaradılan elita tərəfindən mənimsənildi. Ermənistan elitanın xəsisliyi və fərasətsizliyinə görə öz keyfiyyətlərini itirdi”, - o vurğulayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol