• $
  • €
  • ₽
  • ₺
  • £

Putindən Qarabağla bağlı təklif

Putindən Qarabağla bağlı təklif
01.04.2018 21:16
2016-cı ilin aprelində Qarabağ cəbhəsində baş verən döyüşlərindən sonra Rusiya Prezidenti Vladimir Putinin konfliktin həllində vasitəçiliyi stimullaşdırıldı.


Modern.az bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı eks-səfiri, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza deyib.


Onun fikrincə, Vladimir Putin ilk olaraq cəhd etdi ki, ATƏT-in Minsk Qrupunun digər həmsədrləri olmadan təşəbbüsü ələ alsın.


"Lakin sonradan digər həmsədrlər - Amerika və Fransa - bu səylərə inteqrasiya olundular. Azərbaycanın aprel döyüşlərində hərbi əməliyyatlarla öz ərazilərini geri qaytarması bir çox beynəlxalq müşahidəçini təəccübləndirdi. Və onu göstərdi ki, Azərbaycan ordusu həqiqətən də lazımi islahatları uğurla həyata keçirib".


Onun sözlərinə görə, Putin Azərbaycanın əleyhinə olmayan konstruktiv təkliflər vermişdi, lakin Ermənistan bunu qəbul etməkdən boyun qaçırdı.


"2016-cı ilin iyul ayında etirazçılar İrəvanda polis binasını tutub, bir neçə nəfəri girov saxladılar. Və bununla Qarabağla bağlı təkliflərə qarşı çıxdıqlarını bəyan etdilər", - deyə Metyu Brayza söyləyib.


Eks-səfir Azərbaycan və Ermənistanın silah alması fonunda ABŞ Milli Kəşfiyyat İdarəsinin 2018-ci ildə Qarabağda genişmiqyaslı əməliyyatların başlayacağı proqnozuna da münasibətini açıqlayıb.


"Bəli, Azərbaycan və Ermənistan silah alır. Lakin təmas xəttində xarici qüvvələrin təxribatı olmasa, genişmiqyaslı əməliyyatlar başlamaz. Genişmiqyaslı əməliyyatların riski böyükdür. Çünki bu, yüksək siyasi, hərbi xərclər tələb edir. Üstəgəl, genişmiqyaslı əməliyyatların müvəffəqiyyətli olması ehtimalı aşağıdır", - deyə M.Brayza əlavə edib.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol