Seçki bülletenlərinin paylanmasına başlanılıb

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.
AzVision.az-ın məlumatına görə, prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər
qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, martın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 5347803 (beş milyon üç yüz qırx yeddi min səkkiz yüz üç) ədəd bülleten çap olunub.
Seçki Məcəlləsinə əsasən bülletenlər dairə seçki komissiyalarına paylandıqdan sonra, seçki gününə azı 3 gün qalmış dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























