Seçkidən sonra bütün nazirlər istefaya göndəriləcək

Seçkidən sonra cənab prezident hökuməti yenidən formalaşdıracaq.
Anews.az-ın xəbərinə görə, bunu "Yeni Müsavat” qəzetinə müsahibəsində millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
"Bilirsiniz ki, bütövlükdə hökumət istefaya gedir və yenidən formalaşır. Kim qənaətbəxş fəaliyyət göstəribsə, o, yenidən təsdiq olunacaq, kim göstərməyibsə, təsdiq olunmayacaq. Bunlar da hesabatı cənab prezidentə verir”, - deyə o, sözlərinə əlavə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























