Hindistanın xanım naziri Bakıya gələcək

Hindistanın xarici işlər naziri xanım Suşma Svarac 4 aprel tarixində Azərbaycanda rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Suşma Svaracın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü və Qoşulmama Hərəkatının Nazirlər Konfrasında iştirakı nəzərdə tutulub.
Görüşdən sonra Azərbaycan və Hindistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























