Miroslav Layçak Bakıya gəlir

BMT Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Report-un xəbərinə görə, o, "Dayanıqlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda keçirilən konfransın açılış sessiyasında çıxış edəcək.
M.Lajçakın həmçinin Azərbaycan rəsmiləri və BMT-nin ölkə üzrə idarə heyəti ilə görüşləri nəzərdə tutulub.
Bundan başqa, Baş Assambleyanın prezidenti ADA Universitetində "Çoxtərəfli əməkdaşlığın hazırkı durumu” mövzusunda tələbələr qarşısında çıxış edəcək.
Səfər zamanı M.Layçakı kabinetinin rəhbəri Frantişek Rujiçka, baş müşaviri Abdelqani Merabet və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Katarina Kandt müşayiət edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























