• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov özünə qarşı ittihamlara cavab verdi

Əli Həsənov özünə qarşı ittihamlara cavab verdi
07.04.2018 19:35
Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sosial şəbəkələrdə milli mənəvi-əxlaqi dəyərlərə zidd kampaniyanın həyata keçirilməsində Azərbaycan hakimiyyətinin və özünün adının hallandırılmasına münasibət bildirib.

APA xəbər verir ki, Ə.Həsənov son günlər virtual şəbəkədə milli mənəvi-əxlaqi dəyərlərə zidd, söyüş və təhqir dolu şərhlər, çıxışların təşkili ilə bağlı Azərbaycan hakimiyyətinin və şəxsən onun adının hallandırılması cəhdlərinin təəssüf doğurduğunu bildirib:

"İstər şəxsi həyatımda, istərsə də siyasi fəaliyyətimdə qeyri-etik davranışı yolverilməz hesab etmişəm və milli mənəvi-əxlaqi dəyərlərə zidd leksikondan daim uzaq olmuşam. Sosial mediada və KİV-dəki açıqlama və müraciətlərimdə də siyasi polemika zamanı hamını bu tipli davranışdan çəkinməyə çağırmışam, belə cəhdləri isə tərbiyəsizlik və acizlik əlaməti kimi qiymətləndirmişəm. Mənim bu tövsiyə və müraciətimə məhəl qoymayan və küçə leksikonundan istifadəni davam  edən ayrı-ayrı sosial şəbəkə istifadəçilərini Azərbaycan hakimiyyəti və şəxsən mənimlə əlaqələndirmək böhtan və iftiradan başqa bir şey deyil. Birmənalı şəkildə bəyan edirəm ki, ayrı-ayrı şəxslərin öz tərbiyəsinə uyğun açıqlama və çıxışlarının guya mərkəzləşmiş şəkildə mənim tərəfimdən təşkil olunması, "rəhbərlik etdiyim”  hansısa "troll” və digər uydurma "qruplar”a ayrı-ayrı şəxsləri təhqir etmək tapşırığı verilməsi haqda iftiralar məqsədyönlü şəkildə Azərbaycan hakimiyyətini və şəxsən məni ləkələmək məqsədi daşıyır. Prezidentin köməkçisi və Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri kimi nə mən, nə də tabeçiliyimdə olan strukturlarda çalışan insanlar bu cür əməl sahibi olmamışıq və deyilik. Kimlərinsə öz təşəbbüsü və səviyyəsinə uyğun şəkildə yaydığı təhqir və söyüşlərin mənimlə əlaqələndirilməsi cəhdini birmənalı şəkildə təxribat hesab edirəm!”, - deyə o vurğulayıb.

Ə. Həsənov daha sonra sözlərinə bunları əlavə edib:

"Yox əgər bu iddianı irəli sürənlər məni söyüş kampaniyasına qarşı ictimai müqavimətin təşkil olunmasına görə hədəfə götürürlərsə, onda onu da bilməlidirlər ki, hakimiyyət nümayəndəsi kimi bu, bilavasitə mənim vəzifə səlahiyyətlərimə aid məsələdir.

"Söyüş kampaniyasını” təşkil edənlər ciddi ictimai qınaqla qarşılaşdıqlarına və bütün cəhdlərinin iflasa uğradığını anladıqlarına görə, indi məsuliyyəti öz üzərlərindən atmağa və kənarda günahkar axtarmağa çalışırlar”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol