Rusiyanın Qarabağ şərti

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında danışıqlarda irəliləyişə nail olmaq üçün tərəflər 2011-ci il tarixli Kazan sammitindəki razılaşmalara əsaslanaraq, biri-birinə inamsızlıqdan imtina etməlidirlər".
İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan mətbuatına müsahibəsində deyib.
Onun sözlərinə görə, ən vacib məsələ hələ də kimi bəzən danışıqların gedişatında müşahidə edlən inamsızlıqdan çəkilməkdir. "Real praqmatik ideyalarda cəmləşmək vacibdir". Lavrov deyib ki, bu ideyalar "kağız üzərində" olmalıdır.
Rusiyanın XİN rəhbəri qeyd edib ki, 2011-ci ildə Kazan sammitinə hazırlıq o cümlədən ATƏT-in Minsk qrupu həmsədrləri arasında da intensiv aparılıb. "Ancaq sammmitin gedişatında əlavə məsəslələr və şərhlər ortaya çıxdı. Ola bilər. Biz bunu faciəyə çevirmirik. İş davam edəcək. Əminəm ki, Kazan sənədləri adlandırılan müddəaların əksəriyyəti hələ də aktaldır. O illərdə görülən işlərdən heç nə düşünürəm ki, itməyib. Düzdür, bu illər ərzində yeni ideyalar yaranıb. Vasitəçilər hazırda onları tərəflərlə əlaqələrdə müzakirə edirlər".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























