• $
  • €
  • ₽
  • ₺
  • £

Qorbaçov bu səhvini başa düşmədi... - Ramiz Mehdiyev

Qorbaçov bu səhvini başa düşmədi... - Ramiz Mehdiyev
17.04.2018 17:00
Təxminən 30 ildir ki, müstəqil Azərbaycan Respublikası keçmiş ittifaq dövlətinin miras qoyduğu Dağlıq Qarabağ münaqişəsinə cəlb edilib.

Axar.az xəbər verir ki, bu sözlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı məqaləsindəndir. Akademik məqaləsində Dağlıq Qarabağ probleminin Sovet İttifaqına vurduğu zərbədən də bəhs edib:

"Keçmiş SSRİ-nin rəhbərliyi anlamalı idi ki, Ermənistanın "səpdiyi” separatçılıq və işğalçılıq toxumu ittifaqın digər respublikalarını və regionlarını da əhatə edəcək və bu, gələcəkdə idarəolunmaz prosesə gətirib çıxaracaq. Lakin ittifaq rəhbərliyinin, şəxsən Qorbaçovun Dağlıq Qarabağ probleminin həllində qətiyyətli və ədalətli mövqe tutmaması nəticəsində separatizm meyilləri dərinləşdi və münaqişə zəncirvarı prosesə çevrildi.

Ermənistan ayrı-ayrı xarici dövlətlər tərəfindən "bəslənildiyi” və himayə olunduğu halda, Azərbaycan heç bir xarici dəstək olmadan inkişaf edərək özünü müstəqil bir dövlət kimi təsdiq etməkdədir. Ölkəmizdə dövlət quruculuğu Ermənistandan fərqli olaraq, həmişə milli xarakter daşıyıb. Yəni, Azərbaycan öz müstəqil dövlətini yalnız öz gücü və daxili potensialı hesabına qurub və bu gün də ölkənin siyasi rəhbərliyi müstəqil dövlət quruculuğunu milli əsaslar üzərində və milli maraqlarımıza uyğun olaraq həyata keçirir”.

Qeyd edək ki, məqalənin tam mətnini Azərbaycan Dövlət İnformasiya Agentliyindən (Azərtac) oxuya bilərsiniz.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol