Ermənilərin yaraladığı Rahim Hacıyevin vəziyyəti orta-ağırdır

Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində yaralanan Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini Rahim Hacıyevin vəziyyəti orta-ağırdır.
Bu barədə AzVision.aza Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəhbər Əzizov məlumat verib. O, bildirib ki, döş qəfəsindən aldığı güllə yarası ilə xəstəxanaya daxil olan şəxsə təcili müdaxilə edilib.
"Rahim Hacıyev təcili əməliyyat olunub və vəziyyəti orta-ağırdır. Hazırda reanimasiyadadır”.
Qeyd edək ki, bu gün Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























