NATO-dan bəyanat

NATO-nun Avropada Müttəfiq Silahlı Qüvvələrinin Ali baş komandanı, general Körtis M. Skaparrotti və Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini, general Valeri Gerasimov bu gün 19 aprel 2018-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində görüşüblər.
General Skaparrotti və general Gerasimov gələcəkdə hərbçilər arasında ünsiyyəti davam etdirmək barədə razılığa gəliblər.
www.anews.az
İki yüksək rütbəli hərbçinin görüşündə məqsəd proqnozlaşdırıla bilmə və şəffaflığı artırmaqdır. Görüşdə hərbi vəziyyət və təlimlər barədə müzakirələr aparılmışdır. Bu təkbətək görüş hərbçilər arsında ünsiyyətin saxlanılması və NATO-nun dialoq və şəffaflıq siyasətinə uyğunluğa olan ortaq marağın aşkar göstəricisidir.
Bu görüş 7 sentyabr 2017-ci ildə NATO-nun Həbri Komitəsinin sədri, general Petr Pavelin Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini, general Valeri Gerasimov ilə Azərbaycan Respublikasının Bakı şəhərində görüşünün ardınca baş verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























