Stiven Siqaldan Azərbaycana dəstək - Ermənilərə zərbə

Anews.az APA-ya istinadla xəbər verir ki, Amerikalı aktyor və rejissor Stiven Siqal Ermənistana səfər edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Bu barədə o, özünün "facebook" səhifəsində yazaraq bu məlumatların doğru olmadığını deyib: "Məni Ermənistana dəfələrlə səfər etməyə dəvət ediblər, lakin heç zaman razılıq verməmişəm. Həmçinin heç zaman Dağlıq Qarabağa səfər etməyə razılıq verməmişəm. Çünki mən Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirəm".
Qeyd edək ki, Ermənistan mətbuatı Stiven Siqalın aprelin 22-də Ermənistana, həmçinin Dağlıq Qarabağa səfər edəcəyini yazıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























