Komitə ləğv olundu, qanun layihəsi təxirə salındı

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə doqquz məsələ salınsa da, sonda qanun layihələrindən biri müzakirələrdən çıxarılıb.
Anews.az-ın xəbərinə görə, gündəlikdən çıxarılan sənəd "Standartlaşdırma haqqında” yeni - ikinci oxunuşda olan qanun layihəsidir.
Buna səbəb isə Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin ləğvidir.
Komitənin ləğv olunması yeni qanunun müzakirəsini təxirə salıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























