Təmas xəttində növbəti monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 25-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyindən anews.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.
Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Saymon Tiller keçirəcəklər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























