• $
  • €
  • ₽
  • ₺
  • £

“Bəzi rayonların icra başçıları dəyişdiriləcək”

“Bəzi rayonların icra başçıları dəyişdiriləcək”
26.04.2018 16:12
"Hökumətin tərkibini müəyyənləşdirən zaman xeyli sayda gənc kadra vəzifə verilib. Bu çox müsbət addımndır. Həmin gənclər bir neçə xarici dil bilir və dünyanın bir sıra mühüm universitetlərində təhsil alıblar. Onların prezident İlham Əliyevin etimadını doğruldacağına inanıram”.

Bunu AzVision.az-a Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib. Partiya sədri bildirib ki, son 25 ildə bu qədər gənc kadrın birdən-birə hökumətdə yer almasını ilk dəfə görürük. 

"Bu, inqilabi dəyişiklikdir. Bu məsələ həm də islahatların dərinləşdirilməsi proqramının ən başlıca faktorlarından biridir. Bir neçə ildir islahatlar proqramı elan edilib. Bütün sahələrlə bağlı islahatlar müəyyənləşib. Gənc kadrların vəzifəyə təyinatını böyük uğur hesab edirəm. Sözsüz ki, vəzifədən gedən bəzi şəxslərin müəyyən nöqsanları olub. Bundan sonra da dəyişikliklərin olacağına ümid edirəm. İnkişafı ləngidən şəxslər dəyişilməli olacaq". 

İcra başçılarının gənc kadrlarla əvəzlənməsi gəlincə, T.Kərimli bu istiqamətdə müəyyən addımların atılacağını, bəzi icra başçılarının dəyişdiriləcəyini deyib: "Birdən-birə hamını dəyişmək mümkün deyil. Rayon və şəhər başçısı olan şəxslərin böyük təcrübəsinin olması vacibdir. Bütün bunlarla yanaşı şəhər və rayon icra hakimiyyətlərində də dəyişikliklər müşahidə edəcəyik. Sözsüz ki, bunlar zaman-zaman olacaq". 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol