• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident bu vəzifəyə niyə generalı gətirdi?

Prezident bu vəzifəyə niyə generalı gətirdi?
28.04.2018 11:28
Komissiyanın rəhbəri bu sahədə təcrübəli kadrlardan biridir. Ona görə də bu, uğurlu təyinatdır. Çünki komissiyanın sədri Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi general-leytenant Mürsəl Vəliyev sahə ilə yetərincə əlaqəli olan şəxsdir. Bütün vacib qurumları birləşdirən bu komissiyanın uğurlu iş görəcəyini proqnozlaşdırmaq olar.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Azərbaycan Prezidenti İlham Əliyevin "İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” sərəncamını şərh edərkən deyib. O bildirib ki, bu kifayət qədər əhəmiyyətli bir məsələdir:

"Yəni Azərbaycanda indiyə kimi informasiya təhlükəsizliyinə cavabdeh qurumlar arasında koordinasiya ilə bağlı problemlər mövcud idi. İndiyə kimi bu sahəyə nəzarət edən bir sıra qurumlar vardı - Xüsusi Dövlət Mühafizə Xidməti yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi, DTX, xarici kəşfiyyat və s. Bunların arasında koordinasiyada, əlaqələndirmədə ciddi nöqsanlar vardı. Yeni yaradılan komissiya ilk növbədə koordinasiya funksiyasını öz üzərinə götürüb. Bundan başqa, yeni yaranan komissiyanın özünün əlavə səlahiyyətləri var. Yəni burada ölkəyə qarşı təhdidlərin qarşısının alınması, təhlükənin formalarının, istiqamətlərinin müəyyən olunması üçün təhlillər aparılacaq. Bu, informasiya təhlükəsizliyi sahəsində analitik mərkəz funksiyasını yerinə yetirəcək. Eyni zamanda, bu komissiya müəyyən dövlət və ictimai əhəmiyyət kəsb edən qurumlara qarşı konkret hücumların qarşısının alınması, əlaqələndirilməsi üzrə də işlər görəcək. Yəqin ki, müəyyən dövlət qurumlarına təhlükəsizliklə bağlı tövsiyələr və təkliflər veriləcək. Komissiyanın işində Azərbaycanın milli maraqlarına zidd olan informasiyaların harada yayıldığı, dövlət orqanlarına qarşı gözlənilən hücumlarla bağlı müntəzəm məlumatlar da öz əksini tapacaq”.

Ekspert qeyd edib ki, ancaq burada problemli məsələlərdən biri kadr potensialının hazırlanması ilə bağlı olacaq:

"Qurumun öhdəsinə böyük işlər tapşırılıb və bu çətin işlərin gerçəkləşdirilməsi ilə bağlı ciddi kadr problemi ortaya çıxacaq. Burada diqqət çəkən bir məqam da dövlət orqanlarında istifadə olunan proqram təminatlarının təhlükəsizlik tələblərinə cavab verməsidir. Məsələn, ABŞ Rusiyanın "Kaspiyski” şirkətlərinin antiviruslarından imtina edib. ABŞ iddia edirdi ki, bu antiviruslar kompüterdə olan informasiyaları toplayaraq Rusiyaya ötürür. Prezidentin bu sərəncamında da proqram təminatlarına, antivirus proqramlara qarşı müəyyən tələblər irəli sürülür”.

Qeyd edək ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev "İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” sərəncam imzalayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol