• $
  • €
  • ₽
  • ₺
  • £

Trump Tower, Anar və İran İnqilab Qvardiyası... (ABŞ jurnalı yazır)

Trump Tower, Anar və İran İnqilab Qvardiyası... (ABŞ jurnalı yazır)
29.04.2018 09:51
"Donald Trumpın ən pis sövdələşməsi”. ABŞ-ın nüfuzlu New Yorker jurnalı Trumpla Azərbaycan oliqarxlarının əlaqləsinə xüsusi məqalə həsr edib. Müəllif Adam Davidson iddia edir ki, indiki ABŞ prezidentinin vaxtilə Bakıda "Trump" brendiylə inşasına razılıq verdiyi hotelin tikintisini "korrupsiyalaşmış ailə" reallaşdırıb və həmin ailənin İranın İnqilabi Qvardiyası ilə bağlı iş adamı ilə əlaqələri olub. 

AYLIQ MAAŞI 12 MİN DOLLAR
Müəllif xatırladır ki, Trump İnternational HotelTower Baku adlanan bu layihə keçmiş nəqliyyat naziri Ziya Məmmədovla bağlıdır. Ziya Məmmədov haqda isə müəllif yazır ki, aylıq maaşı 12 min dollar olmuş Ziya Məmmədov bununla belə milyarderdir və Azərbaycanın ən varlı adamlarından biridir. Wikileaksdə amerikalı diplomatın 2009-2010-cu illərdə dedikləri də xatırladılır ki, "Ziya Məmmədov hətta korrupsiyalı Azərbaycanda da öz korupsiyası ilə ad çıxarıb." 

Ziya Məmmədov
"Trump organisation”nın hüquqi məsələlər üzrə rəhbəri Alan Garten isə deyir ki, Bakı layihəsində Donald Trump üçün mənəvi problemlər yoxdur, çünki, Trump heç vaxt Məmmədovla birlikdə iş görməyib, Trump burda passiv rol oynayıb, o, Ziya Məmmədovun oğlu Anar Məmmədova yalnız Trump adından istifadə hüququnu verib və buna görə 2,8 milyon dollar alıb. 

Anar Məmmədov
Müəllif yeri gəlmişkən onu da bildirir ki, Bakı layihəsində Trump Organisation-nın ən vəzifəli rəsmisi Donald Trumpın qızı İvanka Trump idi.
NİYƏ MƏHZ İRANA?
Adam Davidson daha sonra yazır ki, Ziya Məmmədov nazir olanda bir neçə çoxmulyonluq layihənin icrasını İranın tikinti şirkəti Azarpassillo-ya verib. Bu şirkətin sədri Keyumars Darvishi İran-İraq müharibəsində vuruşub, müharibədən sonra İran İnqilabi Qvardiyasının nəzarətində olan Raman şirkətinin rəhbəri olub.
Müəllif Reutersin məlumatından sitat gətirir ki, Trump hökuməti İranın İnqilabi Qvardiyasını terrorçu təşkilat kimi pisləməyə hazırlaşır. Müəllif yazır ki, Məmmədovlar Amerika biznesi üçün ideal tərəfdaş deyil. Trumpın bağladığı müqavilədən hələ 4 il əvvəl WikiLeaks Amerika diplomatlarının teleqramlarını dərc etmişdi ki, "Məmmədovlar ailəsi korrupsionerdir". Bir diplomatik teleqramda isə bu ailənin İran İnqilabi Qvardiyası ilə bağlılığı qeyd olunurdu. 2013-cü ildə Azadlıq Radiosu ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Məlumatları Layihəsinin birgə araşdırması Məmmədov ailəsinin korrupsiyasını sənədlərlə ortaya qoydu.
Müəllif Azadlıq Radiosunun araşdırmasını yada salır ki, Məmmədovların olan XXİ ƏSR, ZQAN və Bağlan şirkətlərinin hamısı Nəqliyayat Nazirliyinin müqavilələri hesabına varlanıb. 
MƏNFƏƏT
Müəllif onu da yazır ki, Ziya Məmmədovun İranda sərt xətt tərəfdarları ilə məlum əlaqələri yoxdur və soruşur ki, 3 qardaş olan Dərvishilər niyə məhz Ziya Məmmədovla işləmək istəyiblər? Müəllifin fikrincə, Ziya Məmmədovun onlarla işləməyinin səbəbi aydındır - bu, mənfəətdir, Bəs qarşı tərəf? Müəlifin fikrincə, Dərvishiləri cəlb edən, ola bilsin ki, Məmmədovların bankının olmasıdır. Bu da dünya maliyyə sisteminə çıxış verir. Müəllif sonda yazır ki, Məmmədovların Azərbaycanda nüfuzu və hakimiyyəti kəskin aşağı düşüb.
Ziya Məmmədovun qardaşı Elton Məmmədov 2015-ci ildə parlamentdə yer ala bilmədi, Ziya Məmmədov isə bu ilin fevralında nazir postunu itirib. "Trump Organisation” isə Bakı layihəsi ilə bağlı hələ də əsas suallara cavab verməyib.
/criminalaz.com
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol