• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə sədri yeni nazirin təklifini dəstəklədi – Qanun dəyişəcək

Komitə sədri yeni nazirin təklifini dəstəklədi – Qanun dəyişəcək
29.04.2018 14:23
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli "Təhsil haqqında” qanuna ediləcək dəyişikliklərə münasibət bildirib.
Komitə sədri XəzərXəbər-ə bildirib ki, 2009-cu ildə qəbul edilən qanun dəyişən və inkişaf edən zamana uyğunlaşdırılmalıdır.
İ.Həbibbəyli nazirin təklifinə cavabında deyib: "Təhsil haqqında” qanun çərçivə qanunların əsas müddəalarını özündə əks etdirir. Burada uzun vədəli inkişaf üçün əhəmiyyətli cavablar öz əksini tapıb. Qanun 2009-cu ildə qəbul edilib, bundan xeyli vaxt keçir. Zaman dəyişir, həyat inkişaf edir. Azərbaycan dünyaya inteqrasiya edir, böyük işlər görülür. Burada təhsilin özündə də yeniliklər, inkişaf səviyyələri müəyyən olunur. Dinamik inkişaf edən təhsil mühitinin daha da inkişaf etdirilməsinə kömək üçün "Təhsil haqqında” qanuna əlavə və düzəlişlərin edilməsi labüddür. Belə təklif Təhsil Nazirliyi tərəfindən irəli sürülüb. Qurum tərəfindən mövcud reallığı ifadə edən təkliflər Elm və təhsil komitəsində təsdiqlənir. Çünki bu, vahid prosesdir və təhsilin inkişafına kömək etmək hər birimizin borcudur”
Qeyd edək ki, Təhsil Nazirliyində "Təhsil haqqında” qanuna dəyişikliklərin edilməsi barədə təkliflər paketi hazırlanıb. Təhsil naziri Ceyhun Bayramov bildirib ki, yaxın zamanlarda təkliflər paketi baxılması üçün Milli Məclisə təqdim olunacaq.
Nazirin sözlərinə görə, dəyişikliklərdən sonra müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübə tətbiq ediləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol