• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının Çindən İrəvana müharibə mesajı

Bakının Çindən İrəvana müharibə mesajı
30.04.2018 12:43
Müdafiə naziri Zakir Həsənovun Çinə səfəri bir çox aspektdən Azərbaycan üçün vacibdir.

Axar.az xəbər verir ki, bu sözləri Müdafiə naziri Zakir Həsənovun Çinə səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Ekspert Çinlə hərbi əməkdaşlığı Azərbaycan üçün vacib edən səbəblərə aydınlıq gətirib:

"Birincisi, Çin dünyanın aparıcı dövlətlərindən biridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Doğrudur, Çin dünyada daha çox iqtisadi gücü ilə tanınıb. Ancaq bu dövlətin hərbi qüdrəti də hər keçən gün artır. Çinin güclü hərbi-sənaye kompleksi var, müxtəlif növ silah və hərbi texnika istehsal edir. Bu baxımdan Azərbaycanın Çinin hərbi-sənaye kompleksinə artan marağı normaldır. Biz bu ölkədən müxtəlif növ silahlar ala bilərik. Təsadüfi deyil ki, Müdafiə naziri Zakir Həsənovun Çinə səfərinin əhəmiyyətli hissəsinə bu ölkədəki hərbi sənaye kompleksinə aid müəssisələrin ziyarəti daxil idi.

İkincisi, Rusiyadan silah və hərbi texnika asılılığımızı azaltmalıyıq. Necə ki, enerji resurslarımızın dünya bazarlarına çatdırılmasını şaxələndirmişik və bir dövlətdən asılı deyilik, eləcə də silah və hərbi texnika alışında bir dövlətdən asılı olmamalıyıq. Ona görə də Çinin silah bazarı bizi cəlb edir. Həm də Çindən silah alsaq, Rusiya buna etiraz edə bilməyəcək. Çünki Çin hansısa Qərb ölkəsi deyil. Çin sözdə Rusiyanın strateji tərəfdaşıdır və strateji müttəfiqinin Azərbaycana silah satışına etiraz edə bilməz. Eyni məntiqlə Rusiya Azərbaycanın Belarusdan raket komplekslərinin alışına da etiraz edə bilməz, etməməlidir. Çünki Belarus da sözdə Rusiyanın strateji tərəfdaşıdır”.

Politoloq bildirib ki, Zakir Həsənovun Çinə səfərinin bir başqa əhəmiyyəti də var:

"Ermənistanda xaosdur, hakimiyyət boşluğudur. Ən çox qorxduqları da Azərbaycan Ordusunun bundan istifadə edərək işğal edilən torpaqları azad etmək məqsədilə hücum əməliyyatına başlamasıdır. Qoy, daima bu psixoloji təzyiq altında olsunlar və belə bir məqamda Zakir Həsənovun Çinə səfəri və bu ölkədən hərbi texnikanın alışı ilə bağlı fikir mübadiləsi aparması Ermənistan cəmiyyətinə növbəti mesajımızdır ki, biz müharibə hazırlıqlarımızı davam etdiririk, bundan gərəkli nəticə çıxarın”.

Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çində səfərdədir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol