• $
  • €
  • ₽
  • ₺
  • £

“Döyüşə başlamaq üçün məqam gözləyirik” – Polkovnik

“Döyüşə başlamaq üçün məqam gözləyirik” – Polkovnik
03.05.2018 21:08
Ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri içərisində Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları olan yük avtomobilini atəşə tutublar.


02-AC-416 dövlət nömrə-nişanlı "KamAZ 43114” markalı avtomobil gülləbaran edilib. İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobil yararsız hala düşüb.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov AzVision.az-a bildirib ki, ermənilərin təxribatı gözlənilirdi.


"Ermənistanda vəziyyət çox gərgindir. Daxili problemlərdən diqqəti yayındıra biləcək istiqamət isə Qarabağdır. Biz bunu gözləyirdik. Hətta bu vəziyyətdə təxribatların artma riski çoxalıb. Bununla bağlı hansısa fövqəladə vəziyyət də yarana bilər. Təxribatların məqsədi ondan ibarətdir ki, Azərbaycanı adekvat addım atmağa məcbur etsinlər və bununla Sarkisyanın komandasının hakimiyyətinin möhkəmlənməsinə nail olsunlar. Hazırda Silahlı Qüvvələrimiz cavab atəşi ilə təxribatların qarşısını alır, atəş nöqtələrini susdurur. Biz vəziyyəti izləyirik və nəzarətdə saxlayırıq”. 


Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazır vəziyyətdədir


Ehtiyatda olan polkovnik qeyd edib ki, Ermənistanda olan vəziyyət təxribat riskini çoxaltsa belə, bu, işğalçı ölkənin xeyrinə olmaya da bilər: "Ermənistanda hakimiyyətsizlikdir. Cəmiyyət parçalanıb. Bu fonda Ermənistan silahlı qüvvələri psixoloji təsir altındadır. Azərbaycan Ordusu bir məqamı gözləyir. Amma bu məqam Ermənistanla bağlı yox, marağı olan dövlətlərin təsirindən asılıdır. O təsir minumuma enəndə Azərbaycan Silahlı Qüvvələri tarixi şansdan istifadə edərək torpaqlarımızı işğaldan azad edəcək. Bunun deməyə əsaslar da var. Çünki Ermənistanda rəhbərliyə kim gəlirsə-gəlsin işğalçı siyasət dəyişməyəcək. Nikol Paşinyan da Qarabağ siyasətini sərt ifadələrlə açıqladı. Ona görə də hesab edirəm ki, sülh yolu ilə münaqişənin həlli minuma enib, hərb yolu ilə həlli isə maksimuma çatıb. Sadəcə məqamdır. Ermənistandakı hərc-mərclik dövründə üçüncü dövlətlər Qarabağa təsirlərini minumuma endirəcəklər və bu məqamda Azərbaycan Silahlı Qüvvələri öz vəzifələrini yerinə yetirməli olacaq”. 


İşğala son qoymaq üçün tarixi şans 1 dəqiqə, 1 saat, 1 aydan sonra da ola bilər


"Biz müharibə şəraitindəyik. İşğal olunmuş torpaqlar azad olunmayana qədər bu vəziyyət dəyişməyəcək. İşğal olunmuş torpaqlarımızı azad etmək üçün tarixi şans hər an yetişə bilər. Bu, 1 dəqiqə, 1 saat, 1 aydan sonra da ola bilər. Cəmiyyət yaranmış vəziyyətlə əlaqədar işğala son qoyulmasına çağırış edirsə, bu, Azərbaycan prezidentinə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanına bir daha Qarabağla bağlı birliyini nümayiş etdirir. Qarabağla bağlı bir mövqedən çıxış edərək öz dəstəyini göstərirlər. Bu, Azərbaycanın gələcəkdə ordunun gücü ilə ərazi bütövlüyünü bərpa etməsi baxımından çox böyük amildir. Azərbaycan vətəndaşı aprel hadisələrindən bu günə qədər hələ də sakitləşməyib”.


Dağlıq Qarabağdakı hərbi birləşmələrin İrəvan ətrafına cəmləşdirilməsinə gəlincə Ş.Ramaldanov deyib: "Ermənistandakı Qarabağ klanı başa düşür ki, vəziyyət onların ziyanına dəyişə bilər. Ona görə tədbirlər alırlar ki, daxildə olan hərc-mərcliyə son qoyulsun. Yəni əhalini müəyyən şəkildə hazırkı yanaşmasından çəkindirsinlər. Burada güc varinatı da ola bilər. Çünki danışıqlar heç bir nəticə vermir. Qarabağ klanı bütün vəzifələri tutmaqdadır. Onlar çalışırlar ki, nəyin bahasına olursa-olsun varlıqlarını davam etdirsinlər. Hərbi birləşmələr İrəvana istiqamət alıbsa, deməli hansısa tapşırıq alıblar”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol