• $
  • €
  • ₽
  • ₺
  • £

AB rəsmiləri ilə görüşün mühüm detalları: Bakı nə istəyir?

AB rəsmiləri ilə görüşün mühüm detalları: Bakı nə istəyir?
08.05.2018 12:28
Azərbaycan Prezidenti ilə Avropa İttifaqının nümayəndə heyəti arasında baş tutan görüşdə Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin mövcud durumu müzakirə edilib. İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin uğurla inkişaf etdiyi fikrindədir.

Axar.az xəbər verir ki, bu sözləri Bakıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının yekununu şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi bildirib ki, Prezident İlham Əliyev bu məsələdə iki arqumentə əsaslanır:

"Birincisi, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır. Buna nümunə olaraq TAP boru xəttini də göstərmək olar. İkincisi, Azərbaycan Aİ-yə üzv dövlətlərin üçdə biri ilə artıq strateji tərəfdaşlıq sənədi imzalayıb və ya qəbul edib. Buna baxmayaraq, Azərbaycan hələ də Aİ ilə strateji əməkdaşlıq sazişini imzalamayıb. Bu sənədin üzərində çalışmalar yekunlaşmayıb. Nümayəndə heyəti prezidentin ardınca müxtəlif rəsmilərlə görüşlər keçiriblər və bütün görüşlərdə eyni fikir vurğulanıb. Onları maraqlandıran Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları, iqtisadi əməkdaşlıq, regional layihələr və s. mövzulardır. Birinci mövzu barədə Milli Məclisin sədr müavini Valeh Ələsgərov məlumat verib. Valeh Əlsəgərovun əsas iki fikri diqqəti çəkib. O deyib ki, əgər bu gün Dağlıq Qarabağ əhalisi Azərbaycana qarşı çıxmasaydı, həyat səviyyələri bundan yüksək olardı. Bu o deməkdir ki, münaqişənin həlli Dağlıq Qarabağdakı erməni əhalisinin də xeyrinədir. Valeh Ələsgərovun ikinci fikri də maraqlıdır. Bildirib ki, Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya, Donetsk münaqişələri ona görə yaradılıb ki, bu ölkələr Avropa İttifaqı və digər qurumlarla yaxınlaşa bilməsin. V.Ələsgərov bir başqa mövzu haqda danışarkən yenə də haqlı olaraq Rusiyaya işarə edib. Milli Məclisin sədr müavini deyib ki, Gürcüstanda Bakı-Supsa kəmərindən 1,5 km kənarda, Cənubi Osetiya adlanan ərazidə yurisdiksiyası məlum olmayan silahlı birləşmələr yerləşib və Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və digər problemlər ölkələrin müstəqil iqtisadi inkişafının qarşısını almaq üçün yaradılıb. Yəni münaqişələri yaradan və bununla müstəqil ölkələrin iqtisadi inklişafını ənəglləyən əsas dövlət Rusiyadır”.

Politoloq qeyd edib ki, ittihamlar yalnız Rusiya ilə bağlı səslənməyib:

"Aİ-nin nümayəndə heyəti ilə görüşən Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev Brüsseli günahlandırıb. Birincisi, o deyib ki, işğal altındakı ərazilərdən təbii sərvətlər, mal və xidmətlər Aİ-nin bazarlarına çıxarılır. İkincisi, nazir müavininin sözlərinə görə, Avropa İttifaqından olan şirkətlər, onların filialları və törəmə şirkətləri Dağlıq Qarabağ və ətraf ərazilərdə fəaliyyət göstərir və bununla onlar Azərbaycan qanunvericiliyini pozmuş sayılırlar”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərimin başçılıq etdiyi Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Bundan başqa, Bakıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclası da keçirilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol