• $
  • €
  • ₽
  • ₺
  • £

“Quska” elə adlar çəkir, elə ifadələr verir ki... - Sensasion iddialar

“Quska” elə adlar çəkir, elə ifadələr verir ki... - Sensasion iddialar
12.05.2018 12:39
Sabiq deputat Hüseyn Adbullayevin vəkili mətbuatdan qaçır. O, müvəkkilinin harada saxlanması, onun səhhəti, saxlama şəraiti haqda məlumat vermək istəmir. Heç Hüseyn Abdullayevin ittihamlarla razılaşıb-razılaşmaması haqda da danışmağı özünə rəva bilmir. Əslində "Quska” ləqəbli eks deputatın vəkilinin belə bir tövr sərgiləməsi gözləniləndir. Belə görünür ki, vəkil müvəkkilinin mövqeyini ifadə edir, çıxıb nəsə danışmır.

11 il əvvəl də belə idi. Hüseyn Abdullayev Milli Məclisin iclas zalında deputat həmkarı Fəzail Ağamalı ilə dalaşdıqdan sonra əksəriyyət birincinin haqlı olduğunu düşünür, onun mövqeyini ifadə edən vəkilin açıqlamalarına böyük diqqət göstərirdilər. Amma vəkil danışmırdı. "Quska” az sonra onu keyfiyyətli şəkildə müdafiə edən vəkilin xidmətlərindən imtina edib "paykovoy” vəkillə müqavilə bağladı. Az sonra isə azadlığa çıxdı. Hazırda da belə xəbərlər dolaşmaqdadır ki, Hüseyn Abdullayev əvvəlki həbsi zamanı atdığı addımları təkrar etməklə azadlığa çıxmağa can atır. Həbsdə olub azadlığa can atmayan məhbus yoxdur. Hüseyn Abdullayevin də belə istəyinin olması təbiddir. Onu digərilərindən fərqləndirən vaxtilə kriminal qruplaşmaya rəhbərlik etməklə böyük gəlir gətirən iqtisadi sahələrə əl qoymasıdır. Kriminal-biznesmen keçmişli biri 2005-ci ildə qəfil deputata çevrildi və 2 il sonra parlamentdə məlum olay baş verdi.

Zaman göstərir ki, dəyişən illərdir, Hüseyn Adbullayev isə dəyişmir. İndi də xəbərlər yayılır ki. həmin dövrdə həbsə düşəndə özünü necə aparırdısa, indi də fərqli heç nə etmir.

Bəzi məlumatlarda deyilir ki, H.Abdullayev artıq istintaqla əməkdaşlığa başlayıb. Mənbənin iddiasına görə, o, istintaqa elə adlar çəkib ki, təcrübəli istintaqçılar belə təəccüblərini gizlətmirlər.

Hüseyn Abdullayev təhlükəsiz zamanların qəhrəmanı olsa da, ayağı büdrəyəndə ordunun axsaq əsgərinə çevrilib. Hər halda belə məlumatlar, iddialar dolaşmaqdadır...

Yada salaq ki, Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə istintaq davam edir. Ona  ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaqda və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə, razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr olduğundan H.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilib.

Onu həbsindən dərhal sonra yayılan məlumatlarda da deyilirdi ki, bu ittihamlarla 12 il azadlıqdan məhrum edilməsini gözə alan H.Abdullayevin artıq istintaqla əməkdaşlığa razılaşıb. Onun həbsdə çox qalmamaq üçün hər şeyə hazır olduğu deyilirdi. Qeyd olunurdu ki, Avropadakı şıltaq hakimiyyət tənqidçilərinin Azərbaycandakı "kurator”ları barədə bildiklərini danışmağa razılaşıb...

Mənbə: "Yeni Müsavat”

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol