• $
  • €
  • ₽
  • ₺
  • £

Rus deputatdan bəyanat: “7 rayon və Qarabağ qeyd-şərtsiz qaytarılmalıdır”

Rus deputatdan bəyanat: “7 rayon və Qarabağ qeyd-şərtsiz qaytarılmalıdır”
13.05.2018 00:49
Qarabağ probleminin nizamlanması məsələsi ilə bağlı danışıqlar masasına məhz Azərbaycan və Ermənistanın rəhbərləri oturmalıdır.

Anews.az xəbər verir ki, bunu Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Heydər Əliyev Mərkəzində təşkil edilən "Heydər Əliyev: Şəxsiyyət, missiya, irs” Azərbaycan-Rusiya tarixi-sənədli sərgisinin kuluarında deyib.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan sərgisi çox diqqətəlayiq hadisədir: "Burada böyük Heydər Əliyevin həyat yolundan ətraflı bəhs edilir. Sərgidə nümayiş olunan fotoşəkillər və sənədlərdə biz onun varlığını, hərtərəfli şəxsiyyətini görürük. O, harada, nə işlə məşğul olmasına baxmayaraq, daim oxuyub, öz səviyyəsini artırıb”.

Deputat qeyd edib ki, Rusiya bu gün Cənubi Qafqazda, o cümlədən Ermənistanda baş verən hadisələri həyəcanla izləyir. Rusiya orada hansı proseslərin baş verdiyindən narahatdır. Onun sözlərinə görə, Rusiya gözləyir ki, Ermənistanın yeni rəhbərliyi Rusiya tərəfinin onların ölkəsi üçün nələr etdiyini və edəcəyini unutmasın.

"Azərbaycanın mövqeyinə gəlincə, mən güclənməyi, güclənməyi və bir daha güclənməyi məsləhət görürəm. Siyasi cəhətdən güclənməli, öz hərbi gücünü artırmalı — bu mənada mükəmməlliyə heç bir məhdudiyyət yoxdur” – deyə Rusiya Dumasının üzvü bildirib.

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Qarabağ probleminin nizamlanmasına dair danışıqlarda qondarma "Dağlıq Qarabağ rejimi”nin tamhüquqlu tərəf kimi iştirakı barədə dediklərini şərh edən Savelyev soruşub: "Nədir, Qarabağ, hansısa subyekt zaddır?”

Onun fikrincə, bu məsələ ilə bağlı danışıqlar masasına Azərbaycan və Ermənistan rəhbərləri oturub danışmalıdırlar.

Onun fikrincə, idealda əlbəttə bütün bunlar sülh yolu ilə həll olunmalıdır: "Qarabağ məsələsi sabiq Sovet İttifaqının bədənindəki qanlı yaradır və artıq neçə onilliklərdir bizə əziyyət verir”.

"Mən hesab edirəm ki, 7 rayonun və Qarabağın özünün qansız və qeyd-şərtsiz Azərbaycana qaytarılması istiqamətində bütün səylər göstərilməlidir” – deyə Savelyev əlavə edib. (Sputnik Azərbaycan)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol