Kreml Qarabağ kartından necə istifadə edəcək?

Rusiyanın Qarabağ probleminin gələcəyi ilə bağlı hazır həll variantları var.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloqun sözlərinə görə, Rusiya Qarabağla bağlı ehtiyat planını çox da uzaq olmayan bir zamanda işə salacaq:
"Rusiya münaqişə bölgəsi ilə bilavasitə həmsərhəddir və hər iki dövlətlə - Azərbaycan və Ermənistanla çox genişformatlı münasibətlərə malikdir. Xarici qüvvələr isə durmadan Rusiyanın sərhədləri boyunca gərginlik nöqtələrini artırmağa və köhnə münaqişəli vəziyyətləri coşdurmağa çalışırlar. Nəzərə alsaq ki, Rusiyanın həm Ermənistanda, həm də Cənubi Qafqazda böyük maraqları var, o zaman Kremlin Qarabağ probleminin gələcəyi ilə bağlı hazır həll variantlarının olduğunu söyləyə bilərik. Rusiya fövqəl və dünya siyasətində xüsusi yeri olan bir məmləkətdir. Bir halda ki, Rusiyanın qonşuluğunda dondurulmuş problem var, Moskvanın da bununla bağlı yanaşmasının olması təbiidir”.
Politoloq onu da bildirib ki, Paşinyanın hakimiyyətə gəlməsi Rusiya elitası qarşısında bir neçə məsələ qaldırıb:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























