• $
  • €
  • ₽
  • ₺
  • £

İşdən çıxarılacaq digər icra başçıları – ADLAR

İşdən çıxarılacaq digər icra başçıları – ADLAR
19.05.2018 10:10
haqqında yazılan icra başçısı Xaləddin İsgəndərov işdən çıxarıldı. Bəlkə də mübarək ayın birinci günündə bu, binəqədililər üçün ən xoş xəbər oldu. 
Əvvəlcə xatırladaq ki, bir müddət öncə onun vəzifəsindən uzaqlaşdırıldığı barədə ilk minval.info (xəbər burada) xəbər verdi. Əslində, elə o zamandan Xaləddin İsgəndərov işdən çıxarılmışdı. Zatən heç bir müsbət fəaliyyəti ilə yadda qalmayan sabiq başçı, dünənə qədər formal olaraq postunda sadəcə əyləşmişdi.

Onun işdən çıxarılmasından bəhs edilən məqalədə bunu sabiq nazir Fazil Məmmədovun vəzifəsini itirməsilə əlaqələndirdik. Sabiq nazir postundan uzaqlaşdırılandan bir qədər sonra yaxın qohumlarının işdən çıxarılması da bu faktı təsdiqlədi. Məsələn, F.Məmmədovun bacısının həyat yoldaşı Namiq Quliyev, qudası Namiq Əliyev, bacısı oğlu Elnur İsgəndərov yola salındı.

Elnurun atası Xaləddin İsgəndərov bir qədər yubansa da çox keçmədi ki, ismi adlarını sadaladıqlarımızın arasında yer aldı. Yeri gəlmişkən ata-bala gördükləri işlərilə sözün əsil mənasında Binəqədi rayonunun axırına çıxmışdı. Bu barədə ötən yazılarımızda qeyd etdik.

İndi isə növbə sabiq nazirə yaxınlığı ilə seçilən, həmçinin fəaliyyətilə dünən yola salınan Xaləddin İsgəndərovdan heç də geri qalmayan bölgədəki icra başçılarına…

İddiaya görə, sabiq icra başçısı adına layiq görüləcək isimlər arasında Gədəbəy, Şəmkir və Yardımlıicra hakimiyyətlərinin rəhbərləri yer alıb.

Öncə Bakıya məsafə baxımından yaxın olan cənub rayonun icra başçısı Rəcəb Babaşovda bir az bəhs edək. Təsadüfi deyil ki, Babaşov bu posta Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi vəzifəsindən gətirilib. Xaləddin İsgəndərovdan sonra onun da işdən çıxarılacağı qeyd edilir. Məbuatda Rəcəb Babaşovun adı müxtəlif maliyyə maxinasiyalarından tutmuş "MTN işi”nədək ən müxtəlif məsələlərdə hallanıb. Hətta Qazaxın icra başçısı olduğu dövrdə belə onun gömrük rəisi ilə əlbəyaxa dalaşdığı barədə xəbərlər yayılıb. Buna səbəb isə Babaşovun Gürcüstandan qaçaqmal yolu ilə siqaretlərin ölkəyə keçirmək istəyi göstərilir.

Şəmkirin icra başçısı Alimpaşa Məmmədov da Xaləddin İsgəndərovun dərd ortağına çevriləcək namizədlərdəndir. O da həmkarı kimi Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb. 2014-cü ildə isə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Məlumata görə A.Məmmədovun sabiq nazir ilə maraqlı tanışlığı onu bu vəzifəyə qaldırıb.

O, yüksək vəzifədə olmamışdan əvvəl toy məclislərində həm tamada, həm də ifaçı kimi çalışıb. Tanışlığa gəlincə, A.Məmmədov nazirin iştirak etdiyi toyda köhnə peşəsi ilə məşğul olub. O, təsadüfən nazirlə rəqs meydançasında üz-üzə gəlib və onunla bir neçə dəqiqə oynayıb. A.Məmmədov masa arxasına dönəndən sonra sabiq nazirlə rəqs etməyin onun üçün şərəfli olduğunu söyləyib və buna görə kövrəlib. Söhbət F.Məmmədova çatdıqdan sonra Alimpaşa Məmmədovun "yuxarı”lara doğru yolu açılıb.

Gədəbəyin icra başçısı Ramiz Yediyarov Fazil Məmmədov işdən çıxarılan gündən bu günə kimi narahatlıq içərisindədir. Dünən komandalarından daha bir nəfər "qırmızı vərəqə” ilə oyundan kənarlaşdırıldıqdan sonra Yediyarov özünə yer tapa bilmir.

O, icra başçısı təyin olunana qədər Şəmkir rayon Vergilər Şöbəsinin rəisi postunu tuturdu. R.Yediyarov da komanda yoldaşlarından heç də geri qalmayıb. Yuxarı-aşağı özünəməxsusluğu ilə seçilib. İddia edilir ki, icra başçısı əsasən sahibkarlara qarşı zülm etməsi ilə yadda qalı

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol