• $
  • €
  • ₽
  • ₺
  • £

Əsgərimiz niyə şəhid edildi? - Ermənilərin Naxçıvan hücumunun SİRRİ

Əsgərimiz niyə şəhid edildi? - Ermənilərin Naxçıvan hücumunun SİRRİ
29.05.2020 03:01
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid oldu. Bu, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gələndən sonra ilk təxribatıdır. Azərbaycanın Müdafiə Nazirliyi təxribatın arxasında birbaşa Ermənistanın yeni təyin olunmuş müdafiə və xarici işlər nazirlərinin dayandığını bəyan edib. Təbii ki, əmri bu şəxsləri nazir təyin edən Paşinyan verib.

Publika.az xəbər verir ki, Təxribatdan bir neçə gün əvvəl Ermənistanın müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zoqrab Mnasakanyan Naxçıvanla sərhəddə gəlmişdi.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan feysbuk səhifəsində yazıb ki, "nazirlər sərhəd xidmətinin xüsusi hərbi birləşmələrinin komandanlığında olub və vəziyyətlə tanış olublar, onlar həmçinin, komandanlığa ayıq olmaq tapşırığı verib”.

Nazirlər səfərindən dərhal sonra erməni hərbi birləşmələri atəşkəsi pozaraq, Azərbaycan Ordusunun əsgərini şəhid etdi. İşğalçı Ermənistan tərəfinin təxribatı təəccüblü deyil, lakin diqqət çəkən məqam müdafiə və xarici işlər nazirlərinin niyə Naxçıvana gəlməsi və təxribat hücumunun Qarabağdan yox, niyə məhz buradan edilməsidir.

Burada Ermənistanın yeni hədəfi aydın görünür: hücumun cəbhəsi dəyişdirilir və diqqət Qarabağdan yayındırılır.

1. Nikol Paşinyan mayın 8-də baş nazir seçiləndən sonra ilk səfərini Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə etdi və burada danışıqların atmosferinə tamamilə zidd olan "Qarabağ danışıqlar masasında tərəf olmalıdır”, - açıqlamasını verdi. Bu, Paşinyanın "Sarkisyandan niyə üstün olduğunu” göstərmək gedişi idi. Onun Sarkisyanın edə bilmədiyini etməyə cəhd göstərməsi, erməni ictimaiyyətinin nəbzinə uyğun addım atması təəccüblü deyil.

Naxçıvan hücumu isə Paşinyanın Sarkisyandan fərqləndiyini göstərməyə çalışdığı ikinci cəhdidir. O, ermənilərin həmişə iddia etdiyi "Naxçıvanı ələ keçirmək” xülyaları üzərindən manevr edir.

Erməni politoloq Levon Şirinyanın "Ermənistanın yeni hakimiyyəti Naxçıvanı ələ keçirmək istiqamətində təşəbbüslərə əl atacaq. Əgər bunu etməsə, hakimiyyət dəyişikliyi adi dəyişikliyə çevriləcək. Mən yeni hakimiyyətin bu istiqamətdə çalışacağına ümid edirəm”, - sözləri də bu kontekstdə diqqət çəkir.

2. Ermənistanın yeni müdafiə naziri David Tonoyan Naxçıvana gələndən dərhal sonra təxribat hücumu oldu və Azərbaycan əsgəri şəhid edildi. Bu təxribatda Tonoyan faktoru təsadüfi deyil.

2016-cı ildə müdafiə nazirinin müavini olan Tonoyan "aprel müharibəsi”nin əsas arxitektoru hesab olunur. Onun Rusiya ilə əlaqələri minimal olsa da, Qərbdə üzünə bütün qapılar açıq idi. Bu imkanlarından istifadə edərək o "passiv müdafiədən aktiv cilovlamaya” hərbi siyasi konsepsiyasını hazırladı. Bu konsepsiyanı iki dəfə NATO-nun Brüsseldəki iqamətgahında müzakirə etdikdən sonra ATƏT-in Vyandakı qərargahında və Londonda "Chatam House”də geniş müzakirələrdə yeni konsepsiyasının təqdimatını keçirdi. 2016-cı ilin fevralında baş tutmuş bu müzakirələrin finalı Ermənistanın Yazıçılar Birliyində D.Tonoyanla görüş zamanı baş tutdu. Konsepsiyanın qısa mahiyyəti belədir: Azərbaycan ordusu böyükdür, güclüdür. Statik müdafiə vəziyyətində arada baş verən hərbi əməliyyatlar Azərbaycana uğur gətirir. Yaranmış vəziyyəti erməni ictimaiyyətinə izah etmək çətin olur. Ona görə Ermənistan ordusu imkanlar yaradıb, Azərbaycan ordusuna zərbələr endirməklə onu erməni ordusuna qarşı hərbi əməliyyatlardan çəkindirməlidir. Çevik cilovlama zamanı Ermənistan ordusunun elit hissələrinin əldə etdiyi qələbələr erməni xalqını daha da ruhlandıracaq.

Lakin Azərbaycan Ordusunun əks-hücumu Ermənistanın planlarını alt-üst etdi. İrəvan məğlub olduqdan sonra Tonoyan fövqəladə hallar naziri təyin edildi və nəhayət Sarkisyan devriləndən sonra Paşinyan hakimiyyətində müdafiə naziri oldu. Onun Qərbə yaxınlığı müdafiə naziri təyin olunmasında Paşinyanı hakimiyyətə gətirən erməni diasporunun əlinin olduğunu deməyə əsas verir. Tonoyan 2016-cı ildə baş tutmayan təxribat planını indi Naxçıvan istiqamətində həyata keçirmək istəyir.

3. İrəvanın planına görə: Naxçıvan istiqamətində hücum edilir və Azərbaycan Ordusunun cavab atəşi açmasına zəmin yaradılır; Azərbaycanın cavab hücumu ermənilərin Qarabağ danışıqlarını pozmaq və prosesi dayandırmaq istəyinə nail olmağa imkan yarada bilər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol