• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ordusu Xankəndinə girəcəkdi - Badalyan sirri açdı

Azərbaycan Ordusu Xankəndinə girəcəkdi - Badalyan sirri açdı
23.05.2018 10:44
Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan dünən jurnalistlərə açıqlamasında "Kazan planı”nın Dağlıq Qarabağın danışıqlarda iştirakını nəzərdə tutduğunu açıqladı.
 
Söhbət 2010-cu ildə həmin vaxt Rusiya prezident olan Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən Kazan görüşündən sonra gündəmə gələn "Kazan düsturu”ndan gedir. Rusiyanın təklif etdiyi bu plana görə, Qarabağ ətrafı rayonlar Azərbaycana qaytarılır, daha sonra Dağlıq Qarabağın müvəqqəti statusu həll olunur. Bölgəyə sülhməramlılar yerləşdirildikdən sonra Qarabağın yekun statusu müzakirəyə çıxarılır. S. Koçaryanın fikrincə, "Kazan düsturu” Qarabağın danışıqlar prosesində iştirakını təmin edir, hərçənd, bu təklifdə belə məqam yoxdur. Mümkündür ki, Sarkisyan dövründən qalan Koçaryan postunu qorumaq üçün yeni baş nazir Paşinyanın "Qarabağın danışıqlarda tərəf kimi iştirak etməsi” ideyasını davam etdirmək üçün belə fikri önə sürüb.

Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Akop Badalyan Koçaryanın dediklərinin yanlış olduğunu yazıb.

Erməni şərhçi yazır: "Kazan planı”nın Ermənistan üçün təhlükəsi haqqında analitiklər, ekspertlər zaman-zaman danışıb. Həm hakimiyyət, həm də müxalifət bu planı pisləyib. Çünki "Kazan planı” Azərbaycanın müharibə hüququnu tanıyır. 2016-cı ildə "aprel müharibəsi”ndən sonra Serj Sarkisyan "Kazan planı”nın Ermənistan üçün təhlükəsini tanıdı. Sarkisyan ərazilərin Azərbaycana qaytarılması və Qarabağın müvəqqəti statusunu özündə ehtiva edən planla razılaşmışdı. Lakin İlham Əliyev sənədi imzalamaqdan imtina etdi. Həmin vaxt Bakının niyə imzadan imtina etməsi haqqında suallar yaranmışdı, lakin sonrakı proseslər göstərdi ki, Azərbaycan müharibə hüququndan istifadə etmək üçün sənədi imzalamayıb. Və "aprel müharibəsi”ndə onlar bu hüquqdan istifadə edərək, ərazilərin bir qismini qaytardı. Əgər "aprel müharibəsi”ndə Azərbaycan Ordusu Xankəndinə qədər irəliləsəydi, Minsk qrupunun həmsədr ölkələri ona heç bir etiraz edə bilməyəcəkdi. Lakin Rusiyanın vasitəçiliyi ilə müharibə dayandı. İndi Koçaryan "Kazan planı”nın hansı üstünlüklərindən danışır? Bu plan Azərbaycana müharibə hüququ verir və "aprel müharibəsi” ilə Bakı bu hüququnu daha da möhkəmləndirdi”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol