• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident avtomobil yolunun açılışında

Prezident avtomobil yolunun açılışında
28.05.2020 19:53
Mayın 24-də Qaradağ rayonunda yenidən qurulan Lökbatan-Qobu avtomobil yolunun açılışı olub.
 
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına layihənin texniki göstəriciləri barədə məlumat verdi.

Qeyd edək ki, 47 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən, yük və sərnişin daşımasının yaxşılaşdırılmasına xidmət edən Lökbatan-Qobu avtomobil yolunun tikintisi üçün 2016-ci ilin iyul ayında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2 milyon manat vəsait ayrılıb. Layihənin icrası yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib. Lökbatan-Qobu avtomobil yolunun uzunluğu 7 kilometrdən çoxdur. Layihəyə əsasən yol əsaslı şəkildə yenidən qurulub. 

Yolun hərəkət hissəsinin eni 7 metr təşkil edir. Bundan başqa, yolboyu 450 metr uzunluğunda istinad divarları inşa olunub, bütün infrastruktur yaradılıb. Yolun yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilib. Eyni zamanda, "Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qobu-Hökməli avtomobil yolunun 11,5 kilometrlik hissəsinin yenidən qurulması da başa çatdırılıb. Yolun eni 11 metrə yaxındır. Bundan başqa, bu ərazidə məcburi köçkünlər üçün yeni tikilən "Qobu Park” yaşayış kompleksinə gedən 700 metr uzunluğunda avtomobil yolunun tikintisi işləri də yekunlaşıb. Bununla da Qobu qəsəbəsində məcburi köçkünlər üçün yeni salınan şəhərcikdən yola birbaşa çıxış təmin olunub.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Son 15 ildə bu sahədə çox mühüm uğurlar əldə olunub və bu istiqamətdə layihələrin icrası davam etməkdədir. Yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər həm ölkə əhəmiyyətli yolları, həm də kənd yollarını əhatə edir. Bütün bu işlər bir daha sübut edir ki, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol