• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: Paşinyanın komandası qorxdu

Zahid Oruc: Paşinyanın komandası qorxdu
28.05.2018 12:29
Ermənistandakı iki klan arasında davam edən müharibənin cəbhə xəttinə doğru inkişaf etməyəcəyini düşünmək də sadəlövhlük olardı.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Onun sözlərinə görə, ermənilər, Ermənistan hakim dairələri Azərbaycan prezidenti İlham Əliyevin bəyanatından sonra erməni hərbi ekspertləri dərhal Naxçıvanda hansı növ raketlərin olmasına diqqət çəkməyə başladılar.

"Təhlillərdə də əsasən "Smerç”, "İqla-s” zenit raket kompleksləri və "TOS-1A” kimi alovsaçan sistemlərinin adı keçir və müxtəlif ranqlı dövlət adamları həmin silahlar vasitəsilə Ermənistanın strateji hədəflərinin vurula biləcəyi bəyan edilirdi. Üstəlik, Əlahiddə Ümumqoşun ordu statusuna daxil hərbi-texniki və texnolji parametrlər yenidən gündəmə qayıtdı.

Azərbaycanlı əsgərin öldürülməsinə qarşı Naxçıvandan verilən reaksiyadan görünürdü ki, kontur zərbə assimetrik ola bilər. Yəni, cəmi 3 gün sonra guya naməlum şəraitdə erməni əsgəri 20 yaşlı Martin Xaçatryanın meyiti tapılır”,-deyən, millət vəkilinin sözlərinə görə, döyüş bölgəsi şəraitdə bütün müşahidə qurğularının nəzarəti altında qaranlıq heç nə qala bilməz.

Millət vəkili bildirib ki, sadəcə, erməni inqilabi liderləri cəmiyyətdəki dirçəlişi belə xəbərlə boğmaq istəmədilər və ona görə də hadisə yerinə iki yüksək çinli nazir-Tonoyan və Mnatsakanyanı göndərdilər.

"Fövqəladə vəziyyət rayonuna gələn xarici işlər və müdafiə nazirlərinin rəhbərlərinə hansı raportu verdiyi bəlli deyil, lakin erməni ordusunun mətbuat katibi məlumat yaydı ki, sən demə, azərbaycanlılar yeni istehkam qazaraq mühəndislərin əli ilə irəliləməyə və mövqelərini möhkəmlətməyə cəhd edirlər.

Doğrudur, insidentin Rusiyanın təxribatı olduğunu iddia edən media mənsubları da tapıldı və sən demə, Kreml TANAP-ın qarşısına yeni hərbi eskalasiya ilə çıxır. Lakin görünür, Paşinyanın hələ kövrək olan komandası belə uydurmaların rus kəşfiyyatı tərəfindən tez bir anda ifşa ediləcəyini görüb onu çeynəməkdən vaz keçdilər”, -deyə, millət vəkili sözlərinə əlavə edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol