• $
  • €
  • ₽
  • ₺
  • £

MM xüsusi iclasa hazırlaşır

MM xüsusi iclasa hazırlaşır
28.05.2018 14:16
Prezidentin sərəncamına uyğun olaraq Milli Məclis Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasını keçirəcək.

Kult.az xəbər verir ki, bu sözləri AXC-nin 100 illliyi ilə bağlı danışan millət vəkili Əli Məsimli deyib.

Millət vəkili AXC-nin şanlı tarixini yaradanların əziz xatirəsini əbədiləşdirmək üçün 2018-ci ildə və ondan sonrakı dövrdə bəzi məqamların reallaşdırılmasını zəruri hesab edib:

1. Dövlət, qeyri-dövlət qurumları, şəxsi təşəbbüslər və s. vasitəsilə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlər ölkəmizdə və onun hüdudlarından kənarda AXC-nin layiqli səviyyədə tanınmasına, dünyaya təbliğ edilməsinə və milli birliyimizə xidmət etməlidir.

2. AXC-nin qurucularının əsərlərinin toplanıb nəşr edilməsi, Azərbaycan, ingilis və digər əsas dillərdə AXC-nin 100 illik yubileyinə həsr olunmuş xüsusi kitabların çap olunması, beynəlxalq konfransların, dəyirmi masaların keçirilməsinə davamlı xarakter verilməlidir.

3. AXC-nin tarixinə həsr olunan "Əbədi ezamiyyət” və "Son iclas” kimi filmlərin ərsəyə gəlməsini çox tədqirəlayiq hesab etməklə, AXC-nin tarixinə və 100 illik yubileyinə həsr olunmuş xüsusi filmlərin hazırlanması işi davam etdirilməlidir.

4. AXC-nin tanıdılması və onun yaradıcılarılarının xatirəsini əbədiləşdirmək üçün xüsusi "Tədbirlər proqramı” hazırlayıb həyata keçirilməsini zəruri hesab edirik. Ayrı-ayrı ölkələrdə mühacirət həyatı yaşamış cümhuriyyət qurucularının həyat və fəaliyyəti ilə bağlı olan sənədlərin toplanılıb Azərbaycana gətirilməsinə, AXC qurucularının həyat və fəaliyyəti ilə bağlı sənədli filmlərin hazırlanmasına, müxtəlif dillərdə ümumi bir saytın yaradılmasına və AXC-nin beynəlxalq aləmdə tanıdılmasının və təbliğinin genişləndirilməsinə xidmət edən bütün sənəd və materialların burada yerləşdirilməsinə ehtiyac var. AXC yaradıcılarının xarici ölkələrdə olan qəbirlərini Azərbaycana gətirərək, xüsusi mavzoleyin yaradılması, ölkədə və xaricdə AXC ilə bağlı yerlərə, eləcə də AXC yaradıcılarının yaşadığı yerlərə xatirə lövhələrinin asılmasını vacib hesab edirik. Tariximizin həmin səhifələrini geniş planda ictimailəşdirmək və beynəlxal səviyyəyə qaldırmaqdan ötrü, bu yöndə görülməsi zəruri olan tədbirlər arasında Bakıda keçmiş 26-lar, indiki Sahil bağında, ya da Dağüstü Parkda, Xocalı soyqırımı abidəsinin yerləşdiyi məkanda Cümhuriyyət Parkının yaradılması yerinə düşərdi. Həmin parkda Cümhuriyyət qurucularının əziz xatirəsinin əbədiləşdirilməsi üçün əlavə lazımı tədbirlərin görülməsi, cümhuriyyət qurucularının xarici ölkələrdə dəfn edilmiş nəşlərinin gətirilərək hımin parkda dəfn edilməsi, mavzoleylərinin yaradılması yaxşı olardı.

5. Cümhuriyyət Parkında 1918-ci ildə bolşevik, erməni-daşnak silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə Soyqırım Memorial Kompleksinin yaradılması, Böyük Soyqırım Abidəsinin ucaldılmasını və Soyqırım Muzeyinin yaradılmasıni zəruri hesab edirik. Park kompleksində Azərbaycanla Türkiyənin qardaşlıq, birliyini əks etdirəm xatirə abidələrinin yaradılması, Qafqaz İslam Ordusuna abidə qoyulması və Nuru Paşanın heykəlini ucaltmaqla onun əziz xatirəsinə xüsusi yer verilməsi məntiqli olardı”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol