• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın 100 il əvvəl atılan təməli

Azərbaycanın 100 il əvvəl atılan təməli
28.05.2018 13:37
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilir. 28 May 1918-ci ildə qurulan AXC 1920-ci ilin aprelində süquta uğradı. 23 ay ömür sürən bu dövlətin ildönümü ilə əlaqədar Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim "Hürriyet” qəzeti üçün məqalə yazıb.

Anews.az həmin məqaləni təqdim edir:

"100 il əvvəl, 28 May 1918-ci ildə Ana Yurdum Azərbaycan müsəlman şərqinin ilk demokratik respublikasını elan etdi. Bundan əlavə, eyni zamanda, parlament, universitet və opera qurulması üçün ilk tarixi qərarlar qəbul olundu. Avropa demokratçılarından öncə qadınlara ilk səsvermə haqqı verildi.

Azərbaycan Xalq Cümhuriyyəti həyatda qalmağa çalışırdı və bunun üçün öz Silahlı Qüvvələri ilə sistemini qurmağa başladı. Bir çox azərbaycanlı gənc təhsillərini davam etdirmək üçün Türkiyəyə göndərildi və peşəkar türklər azərbaycanlılara təlimlər keçməyə və onları təchiz etməyə başladı. Bu Cümhuriyyət dövrün aparıcı qüvvələri ilə sıx əlaqələr qurdu və böyük paytaxtlara və Paris Konfransına nümayəndələr göndərdi. 

AXC tanınmaq və millətlər arasında yer almaq, Osmanlı İmperiyası ilə ən güclü əlaqələr qurmaq istəyirdi. Türkiyə həmin dövrdə axtarışda idi və həyatda qalmaq üçün mübarizə aparırdı. Fərq bu idi: Osmanlı İmperiyası geniş torpaqlarını qoruyurdu və yeni bir quruluş yaradırdı.

Hədəfləri heç unutmadı

Çətinliklərə rəğmən, həm Azərbaycan, həm də Türkiyə bir-birinə qardaş əli uzadıb. Könüllülər çiyin-çiyinə mübarizə aparıb. Çörəklərinin son loxmasını bir-biri ilə bölüşüb və heç bir mücadilədən qaçmayıb.

Azərbaycanda şəhid olan türk əsgərləri şəhərin ən müqəddəs və gözəçarpan yerlərində, Bakıya hakim olan bir təpədə, fərqli zamanlarda həyatlarını itirən Azərbaycan şəhidləri ilə yan-yana uyuyurlar.

Səfir olaraq Türkiyəyə göndərildikdən sonra ilk ziyarət etdiyim yer olan Çanaqaalada da vəziyyət belədir. Burada da azərbaycanlılar türk qardaşları ilə birlikdə, hüzur içində yatırlar.

AXC-nin ömrü, sadəcə, 23 ay çəkib, ancaq qoyduğu hədəflər heç unudulmayıb. Zamanı 100 il irəliyə çəksək, dünyəvi və regional məsələlər daha az şiddətli ola bilər. Amma qətiyyən daha az qarışıq, ya da daha az gərgin ola bilməz.

1918-çi ildə olduğu kimi, böyük güclərin oyunları bənzər coğrafiyalarda yayılırdı, ancaq indi bu coğrafiyalar geniş yayılmış terrorizm, kütləvi qətllər törədən silahlar, kiber və başqa müasir və çox daha ölümcül texnologiyalarla alt-üst olmuş vəziyyətdədir.

Ancaq böyük fərq ondan ibarətdir ki, Azərbaycan və Türkiyənin dünyəvi və regional məsələlərdə artıq çox fərqli bir yerdədir. Bu gün Azərbaycan rəqabətədavamlı iqtisadiyyatı ilə 35-ci, güclü ordusu ilə 53-cü və xalqın savadlılığına görə 11-ci sıradadır.

Türkiyə də güclü ordusu ilə G-20 ölkələri arasında yer alır və bölgədə yüksələn bir "yumşaq güc” mövqeyindədir. Üstəlik, Türkiyə ilə Azərbaycan arasındakı bağ enerji, əlaqə və təhlükəsizlik sahələrinə çevrilir.

Xəzər enerji qaynaqları Bakı-Tblisi-Ceyhan və Bakı-Tblisi-Ərzurum boru xətləri vasitəsilə Avropaya axır. Açılışı 2017-ci ilin sonunda həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolu yüz illər əvvəl Avrasiyaya sülh və rifah gətirən İpək yolunu yenidən canlandıran zəncirin təməl halqasıdır.

Dostluq irəliləyişə çevrilir

Üçtərəfli və dördtərəfli regional əməkdaşlıq formatları həm Ankara, həm də Bakını ehtiva edir və fəaliyyətlərinin əhatə dairəsi ilbəil genişlənir.

4 iyun 1918-də AXC Türkiyə ilə dostluq, əməkdaşlıq və qarşılıqlı hərbi dəstək müqaviləsi bağlayıb. Bu müqavilə yeni qurulmuş AXC-nin ilk dəfə tanınması mənasını verirdi.
İndi, 12 iyun 2018-ci ildə dostluğun çevrildiyi bu qərarlılığı, tayı-bərabəri olmayan irəliləyişi və güclü ittifaqı təsdiq edən 1850 kilometr uzunluqdakı Trans-Anadolu Təbii Qaz Boru Xəttinin (TANAP) açılışı olacaq.

Azərbaycanın dövlət başçısı İlham Əliyevin 2018-ci ili "AXC ili” elan etməsi buna görə böyük təqdir qazanıb. Bu, sadəcə, AXC-nin təmsil etdiyi tarix deyil, eyni zamanda, formalaşmasına şərait yaratdığı bir gələcəkdir”.


Xəzər İbrahim, Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol