• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-dan Qarabağla bağlı müharibə proqnozu

ABŞ-dan Qarabağla bağlı müharibə proqnozu
28.05.2018 14:41
"İndi Qarabağ münaqişəsinin həlli prosesi üzrə hər hansı qiymətləndirmələr etmək çətindir. 2016-cı il aprel müharibəsi münaqişənin nizama salınması barəsində böyük qeyri-müəyyənlik yaratdı”.

Publika.az xəbər verir ki, bunu "Amerikanın Səsi”nin erməni xidmətinə şərhində Amerika analitiki Ceffri Mankoff bildirib.

O hesab edir ki, aprel müharibəsinin gedişi Ermənistanın əvvəlki rəhbərliyinin nüfuzunu xüsusilə ordunun müharibəyə hazırlığı planında yerlə bir etdi. Mankoffun fikrincə, Ermənistanda daxili siyasi problemlərinin dərinləşməsi hərbi toqquşmaların yenilənməsinə gətirib çıxara bilər.

"Bəli, təhlükə mövcuddur ki, İrəvanda qeyri-müəyyənliyin dərinləşməsi Qarabağda hərbi əməliyyatların yenilənməsinə səbəb ola bilər", - Mankoff hesab edir.

Hakimiyyətə gəlişindən sonra Ermənistanın yeni administrasiyası elan etdi ki, danışıqlar masasında Dağlıq Qarabağın separatçı rejimi də tərəf kimi əyləşməlidir. Bu haqda baş nazir Nikol Paşinyan mayın 9-da Xankəndidə mətbuat konfransında bildirdi. Baş nazir vurğuladı ki, Ermənistan yalnız öz adından danışıqlar aparmalıdır.

Analitik Stiven Blank isə qeyd edir ki, bu yanaşma münaqişənin nizama salınması üçün faydalı olmayacaq:

"Qarabağı bir dövlət kimi heç kim tanımır. O 1994-cü ildən Ermənistanın bir hissəsi olmağı arzulayır. Amma belə yanaşma istənilən danışıqlar prosesini pozacaq”.

Onun fikrincə, Qərb iki tərəf arasında razılaşmanın əldə olunmasına kömək üçün prosesə daha aktiv cəlb olunmağa məcburdur. Analitikin sözlərinə görə, Ermənistanın sonrakı inkişafı həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlıdır.

Düşünürəm ki, Qərb münaqişənin dayandırılması işinə ciddi cəlb olunmalı və tərəflərə razılaşmanın əldə edilməsi üçün kömək göstərməlidir”, - Blank vurğulayıb.

Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Olqa Oliqer isə bildirib ki, Ermənistan-Rusiya hərbi münasibətlərinin sonrakı inkişafı tərəflər arasında qızğın silahlanmaya səbəb olacaq.

"Soçiyə səfəri zamanı baş nazir Nikol Paşinyan Ermənistan-Rusiya hərbi əməkdaşlığının dərinləşməsi ehtiyacı haqqında danışdı. Aydındır ki, Azərbaycan Rusiya ilə hərbi münasibətlərin dərinləşməsi haqqında Ermənistanın xahişindən son dərəcə əsəbiləşir. Amma bu, həmçinin ona gətirib çıxara bilər ki, Azərbaycan hərbi əməkdaşlığı dərinləşdirilməsi barədə Rusiyaya müraciət edəcək. Rusiya hər iki tərəfə silah satmağa həmişə hazırdır”, - Oliqer söyləyib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol