"Güclü ordu müstəqilliyin qarantıdır" - Prezident

"Heç vaxt Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaradılmasına imkan verilməyəcək".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır və biz bunu döyüş meydanında da sübut etmişik.
"2016-cı ilin aprelində ordumuzun təmas xəttindəki şanlı zəfəri bir daha onu göstərir ki, güclü ordu müstəqilliyin qarantıdır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























