• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin dəhşətli gizli planı ortaya çıxdı

Ermənilərin dəhşətli gizli planı ortaya çıxdı
30.05.2018 11:13
Ermənistanda "məxməri inqilab”ın qələbəsindən iki həftə sonra – 23 mayda Rusiyada erməni milyonçu Samvel Karapetyanın (Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın qardaşı – red.) rəhbərlik etdiyi erməni arxitekturasının öyrənilməsi fondunun dəstəyi ilə "Şimali Arsax” (ermənilər Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsini belə adlandırır) kitabı rus dilində dərc olundu. Bu kitab ilk dəfə 2004-cü ildə erməni dilində çap olunub. 2007-ci ildə kitab ingilis dilinə təcrübə edildi, lakin indiyə qədər rus dilinə tərcümə edilməmişdi. Bu il ABŞ-ın layihəsi əsasında Ermənistanda "inqilab” baş verəndən sonra kitabın rus dilində dərc olunması maraqlıdır.

Publika.az xəbər verir ki, "kavkazplus” saytı bu kitabın rus dilində tərcümə edilərək, dərc olunmasını erməni ekspansiyasının yaxın vaxtlarda hansı istiqamətdə həyata keçirləcəyinin göstəricisi olduğunu yazıb.

Sayt qeyd edir ki, Ermənistan hakimiyyəti və erməni lobbisi öz fəaliyyətlərini gürcü istiqamətində aktivləşdirirlər: "Xüsusilə Abxaziya və Sxinvalski regionu vasitəsilə Rusiyaya yüklərin daşınması məsələsi gündəmdədir. Bu gün Gürcüstana səfər edəcək Nikol Paşinyan məhz bu məsələni Tbilisidə müzakirə etmək niyyətindədir”.

"Şimal Arsax” kitabı ermənilərin işğal etdikləri Qərbi Azərbaycan torpaqlarının şimal hissəsini - Gürcüstan bölgələrini də ələ keçirmək niyyətlərindən xəbər verir. Bura Gürcüstan və Azərbaycan sərhədini əhatə edən Kür çayının cənub hissəsi aiddir.

"Məlum olduğu kimi, Gürcüstanı və Azərbaycanı əsasın Qırmızı körpü bağlayır. Erməni millətçilər gürcü-Azərbaycan sərhədini keçərək, "Şimali Arsax”a "daxil olduqları”nı hesab edirlər. Erməni millətçilərinin Cənubi Gürcüstana iddia etməsi də bu kontekstdə ortaya çıxır. Kitabın üzərindəki xəritə də ermənilərin niyyətlərinə şübhə yeri qoymur”, - deyə məqalədə bildirilir.

Sayt ermənilərin yeni ekspansiyasının Azərbaycan və Gürcüstanın milli təhlükəsizliyi üçün yeni təhdidlər yaratdığını qeyd edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol