Komitə sədrini o əvəz edəcək – Yeni namizəd

Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri yerinə namizəd məlum olub.
APA-nın məlumatına görə, bu posta deputat Ülvi Quliyevin namizədliyi irəli sürülüb.
Məsələ MM-in yaz sessiyasının sabah keçiriləcək sonuncu plenar iclasının gündəlyinə daxil edilib.
Qeyd edək ki, MM-in Gənclər və idman komitəsinin sədri yeri Fuad Muradovun bir müddət əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olmasından sonra boş qalmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























