• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər türkdür? - Sensasiyalı sirlər

Ermənilər türkdür? - Sensasiyalı sirlər
31.05.2018 10:55
Ermənilərin milli kimliyi ilə bağlı zaman-zaman maraqlı informasiyalar yayılır. Növbəti maraqlı məlumatı Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey yayıb.

Publika.az xəbər verir ki, G.Gülbey ermənilərin ulu babalarının türklər olduğunu deyib.

"Tövratda diqqətçəkən bir hekayə var. Toqarma, yaxud da Torok adlı qövm bugünkü ermənilərin atası olan qövmdür. Torokun 8 oğlu olub, ən böyük oğlunun adı Hayos idi. Ermənilər özlərinə Hayosu (Hay) ata hesab edirlər. Tarixdə ermənilər yox, haylar var. Və yenə də ermənilərin yurdu Ermənistan yox, Hayastandır. Lakin bu hekayə bir yerdə daha da diqqətçəkən olur. Hayların (yəni bügünkü ermənilərin) atası Torokdur. Torok isə türk deməkdir. Yəni ermənilər özlərini türk soyuna bağlayırlar. Bunun səbəbi nədir? Səbəb odur ki, tarixdə erməni deyilən qövm ümumiyyətlə, olmayıb, bu, uydurma qövmdür. O qədər uydurmadır ki, ermənilər Hayı öz ulu babaları adlandırdıqlarına baxmayaraq, heç bir tarixi sənəddə haylardan bəhs edilmir. Antik dövrün tarixçiləri Ermənistan deyilən ərazidən və bu ərazidə yaşayan qövmlərdən bəhs edirlər, lakin onların arasında haylar yoxdur. Torokun ikinci oğlu İber və ya Karteldir. Bizim dilimizdə bu, gürcü deməkdir. Tarixi mənbələrdə Kartellərdən bəhs olunur, haylardan isə yox. Burada ermənilərlə bağlı iki məqam ortaya çıxır: birincisi, ortaq bir ata vardır, lakin bu atanın qövmü yoxdur, ikincisi, Ermənistan deyilən yer vardır, amma ermənilər deyilən qövm yoxdur”, - deyə ASİMDER rəhbəri vurğulayıb.
 
 

Genetika üzrə türkiyəli mütəxəssis Osman Çataloluk Ermənistanda 2000-ci ildən başlayaraq aparılan genetik araşdırmalar nəticəsində ermənilərin 49 faizinin türk-qıpçaq əsilli olduğunu deyib.

Onun sözlərinə görə, nəticələrdən narahat olan Ermənistan hökuməti araşdırmanın qarşısını alıb: "Bu, əvvəldən bəlli olan bir həqiqətdir. Xüsusilə haylar əsl erməni və qıpçaqlardan gəlmələrdir. Genetik araşdırmalarda Gaziantepdən başlayaraq Sivas, Amasiya, Tokat yolu ilə Samsuna gedən, buradan da Qaradəniz boyunca Gürcüstan və Ermənistana uzanan yüzlərlə R1b – M269 mutasiyasına rast gəlinib. Bu mutasiyanın formalaşdığı tarix eramızdan əvvəl 4700-ci illərdir. Bu tarix Subar – Şumer müharibəsinə təsadüf edir. Şumerlərdən qaçan subar prototürklər Anadoludan keçərək burada parçalanır. Bir qismi də Qara dəniz sahillərində yerləşir. Kut/Qut, Hitit, İskitlər və onlardan törəyən qıpçaqların ataları bu prototürk qrupudur. Bu həqiqət indi ortaya çıxır”.

Mütəxəssis qeyd edib ki, bugünkü Ermənistan torpaqlarında tarix boyunca müxtəlif qəbilələr yaşayıb: "Armenia” sözü min illərdir coğrafi yer adıdır. Yəni Ermənistan adı etnik köklə bağlı deyil. Yalnız coğrafi bir termindir”.

Qeyd edək ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin də əslində erməni yox, türklər olması haqda tarixi faktlar mövcuddur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol