Ermənistanın XİN başçısı Moskvaya gedəcək

Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan iyunun 7-də Moskvaya səfər edəcək.
Unikal.org "TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat idarəsinin direktoru Artyom Kojin bildirib.
Z.Mnatsakanyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüşdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələləri müzakirə ediləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























