Bolqarıstan şirkəti Ermənistana 1000-dən çox pulemyot satıb

Bolqarıstan 2017-ci ildə Cənubi Qafqazın iki dövlətinə – Ermənistan və Gürcüstana atıcı silahların satışını həyata keçirib.
"AzeriDefence”nin məlumatına görə, bu barədə informasiya Bolqarıstan hökumətinin BMT Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda yer alıb.
Hesabatda əksini tapmış məlumatlara görə, Bolqarıstan ötən il Ermənistana 1094 ədəd əl pulemyotu (LMG) satıb. Əvvəlki illərdə əsas hərbi-texniki tərəfdaşı olan Gürcüstana isə cəmi 70 ədəd karabin ixrac edib.
Qeyd edək ki, son illərdə Bolqarıstanın "Arsenal 2000” şirkəti Ermənistanla aktiv əməkdaşlıq xətti yürüdür. Adıçəkilən şirkət Ermənistanda keçirilmiş hərbi sərgilərə stendlə qatılıb. Mart ayında keçirilmiş son sərgidə erməni mediasında yer alan məlumata görə, bu ölkənin müvafiq qurumları ilə razılaşmalar əldə edib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib