• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Türkiyədəki səfiri məşhur qəzetdə yazdı

Azərbaycanın Türkiyədəki səfiri məşhur qəzetdə yazdı
04.06.2018 14:11
Türkiyənin nüfuzlu "Milliyet” qəzeti Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahimin məqaləsini dərc edib.

Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi məqaləsində səfir X.İbrahim qeyd edib ki, "1917-ci ildə Çar Rusiyasında inqilabına gətirib çıxaran hadisələrin inkişafı Azərbaycan xalqının milliləşdirilməsinə təsir etdi və milli dövlətlərin qurulması prosesini sürətləndirdi”. 


"Bu prosesdə Cənubi Qafqaza təsir edən daxili və xarici hadisələr, regionda üç dövlətin meydana gəlməsinə səbəb oldu. Zaqafqaziya Federasiyasının dağılmasından sonra, fəaliyyəti dayandırılmış Seymin müsəlman təmsilçiləri 28 May 1918-ci ildə Azərbaycan Milli Şurasının yaradılması ilə yeni bir millətin doğulduğunu elan etmişlər. Beləliklə, müsəlman Şərqinin ilk demokratik respublikası yaradıldı”, - deyə diplomat məqaləsində bildirir.

Xəzər İbrahim məqaləsində Azərbaycanın müstəqilliyinin dünya dövlətlərinə çatdırılmasında Türkiyənin müstəsna rolu olmasından bəhs edib.

"İstiqlal Bəyannaməsinin elanından sonra yaradılan birinci kabinetin ilk işi  Azərbaycanın istiqlalı xəbərini və bu yeni dövlətin qurulduğunu dünyanın önəmli ölkələrinə çatdırmaq olmuşdu. Azərbaycan Respublikasının hələ xaricdə bir təmsilçiliyi yoxdu; xarici ölkələrdəki səfirliklər və konsulluqlar hələ açılmamışdı. Azərbaycanın beynəlxalq cəmiyyət içində yerini möhkəmləndirməsi, səsini xarici dünyaya çatdıra bilməsi üçün Osmanlı Dövlətinin xaricidəki təşkilatlarından istifadə yolu tutulmuşdu. Osmanlı Xarici İşlər Nazirliyi və müxtəlif ölkələrdəki Türk səfirlikləri, quruluş dövründə xarici əlaqələrində Azərbaycana kömək etdi”, - səfir yazıb.

Məqalə, Azərbaycanın 1991-ci ildə elan etdiyi müstəqilliyinin dünya ictimaiyyətinə çatdırılmasında da Türkiyənin dəstəyinin xatırladılması ilə bitir:


"Azərbaycanın müstəqilliyini elanından sonra Bakıya gedən ilk rəsmi heyət Türk heyəti və Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət də Türkiyə olub. 10 noyabr 1991-ci ildə Türkiyə Respublikasının xarici işlər naziri Səfa Giray Anıtkabirdə Atatürkü anma mərasiminin ardından, Xarici İşlər Nazirliyində bir mətbuat konfransı təşkil edərək, jurnalistlərə aşağıdakı yazılı şərhi oxumuşdu: 

"...Müstəqilliyini daha əvvəl elan etmiş olan Azərbaycan Respublikası bu dəfə parlamentinin 29 oktyabr 1991-ci il tarixli iclasında aldığı bir qərarla, beynəlxalq ictimaiyyətin bərabərhüquqlu bir üzvü olma istiqamətində iradəsini göstərərək, tanınmaq üçün bütün dünya dövlətlərinə bir çağırış etmişdir. Azərbaycan Parlamenti tərəfindən səlahiyyətləndirilən bir xüsusi nümayəndə vasitəsi ilə Türkiyə Böyük Millət Məclisinə edilən bu tanınma tələbi, həmçinin, Azərbaycan Xarici İşlər Nazirliyinin Bakıdakı Baş konsolosluğumuza edilmiş rəsmi bir müraciətlə təsdiq edilib. Əminik ki, bu qərar Türk Millətinin ümumi iradəsinin tərcüməçisidir".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol