• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyanın Azərbaycan torpaqları ilə bağlı gizli planı

Paşinyanın Azərbaycan torpaqları ilə bağlı gizli planı
05.06.2018 14:20
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki ermənilərin bu bölgədə Ermənistan tərəfindən yaradılmış qondarma rejimə qarşı davam edən aksiyaları İrəvanda çaxnaşma yaradıb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan etirazçılara aksiyanı dayandırmaqla bağlı müraciət ünvanlayıb.

Qondarma rejimin "prezidenti” Bako Saakyan isə "hadisələrin siyasiləşdirilməsi daxili parçalanmaya səbəb olacaq” deyə bildirib.

Paşinyanın müraciətindən sonra Xankəndində aksiya iştirakçıları dağılışıb. Onlar "güc strukturlarının rəhbərlərinin” istefası ilə bağlı tələblərinin yerinə yetiriləcəyi günə qədər gözləyəcəklərini bildiriblər.

Lakin hadisələrin bundan sonrakı inkişafının necə olacağı maraqlıdır. Çünki Xankəndindəki qondarma rejim hələ də Ermənistandakı "Qarabağ klanı”nın əlindədir. Və böyük ehtimalla bu aksiyaları Paşinyan hakimiyyəti məlum klana "güc nümayişi” olaraq hazırlamışdı. Etirazçıların Paşinyanınn müraciətindən sonra dağılışması da bu ehtimalı gücləndirir.

Ehtimallara görə, "Qarabağ klanı” da Paşinyana cavab verəcək.

"Kavkazplus” saytı yazır ki, "Qarabağ klanı”ndan ibarət olan Xankəndindəki qondarma rejim cəbhədə hadisələri qızışdıra və müharibəni başlada bilər.

"Onlar Rusiyadakı erməni lobbisinin dəstəyi ilə buna gedəcəklər. Məhz müharibənin fonunda yenidən hakimiyyətə qayıdacaqlar. Vaxtilə Robert Koçaryan və Serj Sarkisyan da müharibə və minlərlə qurban hesabına hakimiyyətə gəlmişdi. İndi də eyni ssenari tətbiq ediləcək”, - deyə sayt qeyd edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol