• $
  • €
  • ₽
  • ₺
  • £

DİN rəsmisindən "Lotu Quli" açıqlaması: "O kimdir?"

DİN rəsmisindən "Lotu Quli" açıqlaması: "O kimdir?"
05.06.2018 14:24
Uzun müddət həbs həyatı yaşadıqdan sonra azadlığa çıxan "Lotu Quli” ləqəbli "qanuni oğru” Nadir Səlifov Azərbaycanda qala bilmədi.

Yenicag.az xəbər verir ki, kriminal avtoritetlərə sərt üzünü göstərən Azərbaycan höküməti onun da burada qalmasına icazə vermədi.

Nəticədə Gürcüstana üz tutan kriminal avtoritet qonşu ölkədə də eyni aqibətlə üzləşdi. Daha sonra İstanbulu özünə məskən seçən "Lotu Quli” burada bir müddət qaldıqdan sonra Türkiyə üçün də arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarıldı. Nəticədə o, İstanbuldan Dubaya üz tutdu.

Ötən gün isə Səlifovun Bakıya gəlməsi ilə bağlı xəbərlər yayılıb. Ancaq bu məlumat rəsmi təsdiqini tapmayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidovla danışmağa cəhd etdik. Sualımıza cavab axtarsaq da, DİN rəsmisi "O kimdir?” deyərək telefonu üzümüzə qapadı. Daha sonra zəng etməyimizə baxmayaraq, telefonu məşğula alan qurum rəsmisi cavab vermədi, ardınca isə "mobil”ini söndürdü.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə ilə danışmaq cəhdimiz də cəhd olaraq qaldı.

Qeyd edək ki, Rusiyanın İstintaq komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi "Lotu Quli” barəsində beynəlxalq axtarış elan edib.

Oğurluq əməllərində və hədələmək yolu ilə pul qoparmaqda ittiham edilən Səlifova Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi qaldırılıb və qiyabi təqdim edilib.

Əgər doğrudan da Səlifov Azərbaycana gəlibsə, bəs, belə olan halda rəsmi Bakı hansı addımı atmalıdır?

Yenicag.az-a açıqlama verən hüquqşünas İlqar Musayev bildirib ki, Səlifov Azərbaycanda saxlanılsa belə, Rusiyaya təhvil verilə bilməz:

"Bizim hüquq-mühafizə orqanları Nadir Səlifovu Rusiyaya təhvil verə bilməz. "Lotu Quli” Azərbaycan vətəndaşıdır. Belə olan halda Rusiya tərəfi onun axtarışa verilməsinə səbəb olan materialı Azərbaycana göndərməlidir. Əgər Azərbaycanda da onun törətdiyi əməllər cinayət hesab olunarsa, bu zaman bizim ölkədə mühakimə edilə bilər. Heç bir ölkə öz vətəndaşını başqasına vermir. Fərqi yoxdur, o cinayəti Rusiyada törədib, yoxsa başqa bir yerdə. Qanun bunu qadağan edir. Rusiyada saxlanılsaydı, bu, başqa məsələ. Prosesin sonunda Rusiyaya da məlumat verilir ki, sənin göndərdiyin materiallar burada təsdiqini tapmadı və ya əksinə”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol