• $
  • €
  • ₽
  • ₺
  • £

Putinə təklif: “Bu ölkələr işğal olunmalıdır”

Putinə təklif: “Bu ölkələr işğal olunmalıdır”
06.06.2018 21:43
"Qərb ölkələrində Rusiyanın təcavüzkar hərəkətləri ilə əlaqədar ümumavropa müharibəsinə ciddi baxılır”.
Publika.az xəbər verir ki, bu haqda "Apostrof” nəşrinə Rusiyanın hərbi eksperti və publisisti Pavel Felqenqauer yazıb.
Onun sözlərinə görə, real planlaşdırma gedir və istənilən vaxt ən kiçik hadisəyə görə müharibə başlaya bilər. Hərbi ekspert qeyd edib ki, belə müharibədə yalnız NATO ölkələri iştirak etməyəcək, çünki Baltikyanı ölkələrdə müharibə halında İsveç NATO-nun tərəfində vuruşacaq. O, Finlandiyanın Rusiyaya qarşı vuruşacağını da istisna etmir.
"Litvada artıq "Dəmir canavar” adlanan briqada gücləndirilir. İsveçdə əvvəllər ləğv edilən hərbi çağırış bərpa olunub. Polşa və Baltikyanı ölkələri Rusiyanın hücum edəcəyi təqdirdə müqavimət göstərmək üçün öz silahlı qüvvələrini gücləndirməlidir”, – Felqenqauer qeyd edib.
Hərbi ekspertin qənaətinə görə, Rusiya güclü qruplaşmanı daha sürətlə toplaya bilər. Qeyd edilir ki, Rusiya strateji portativliyi və böyük qoşun bölmələrinin göndərilməsi ssenarilərini artıq "Qafqaz” və "Qərb” tipli genişmiqyaslı təlimlərdə yerinə yetirib.
"Müharibəyə hamı hazırlanır. Başqa sual odur ki, ABŞ "soyuq müharibə” dövründə qurduğu daimi hərbi bazaları yenidən quracaqmı? İyulda NATO-nun sammitində yeni strategiya, yəni şərq cəbhəsində regional müharibə halında qoşunların genişləndirilməsinin planları qəbul ediləcək. Əlbəttə, Rumıniya üçün planlar hazırlanıb. Amma indi Polşa və Baltikyanı ölkələr daha təhlükəli istiqamətdir. Əgər Rumıniyadan söhbət gedirsə, Ukrayna üzərində keçmək lazımdır”, – ekspert yazıb.
Onun sözlərinə görə, ümumavropa müharibəsi ehtimal ki, ən yaxın 5 ildə başlamayacaq.
"Amma demək olmaz ki, ehtimal sıfıra bərabərdir. Hər şey hər hansı hadisədən başlana bilər. Məsələn, Baltikyanı ölkələrinin səmasında Rusiya və Amerika təyyarələri toqquşa və böhran başlana bilər. Onda qoşunların genişləndirilməsi və güclərin göndərilməsi planlarının icrası başlanacaq. Moskvada hansısa anda hərbçilər Putinə sübut etməyə başlayacaqlar ki, Texasdan gələcək Amerika diviziyalarını qabaqlamaq üçün Baltikyanı ölkələri təcili işğal etmək lazımdır, əks halda, onlar güclü müharibə meydanı yaradacaqlar və biz heç nə edə bilməyəcəyik, onlar Kalininqradı tuta bilərlər, Sankt-Peterburq və Moskvaya hücum etmək imkanına malik olacaqlar. Bu artan böhrandan ümumavropa müharibəsi başlana bilər”, – Felqenqauer hadisələrin gedişatını proqnozlaşdırıb.
Ekspert Qərbin Rusiyadan potensial olaraq əhalinin sayı, ümumi daxili məhsulun həcmi, hərbi potensial
(NATO və müttəfiqləri), iqtisadiyyat, maliyyə və resurslar baxımından daha güclü olduğunu bildirib. Onun sözlərinə görə, bütün bunlar potensial olaraq müharibəyə gətirib çıxaracaq vəziyyət yaradır.
"Ümid etmək olar ki, yekunda hamı böyük ümumavropa müharibəsi olmadan geri çəkiləcək. Amma Rusiyada böyük müharibə təhlükəsini rəsmən qəbul edirlər. Bu haqda Baş qərargah başçısı bir neçə dəfə danışıb və belə müharibə sabah başlana bilər. Və unutmamaq lazımdır ki, "soyuq müharibə” bitirdikdən sonra SSRİ-nin dağılması baş verdi. Eyni hal Rusiya ilə bağlı da mümkündür. Bu haqda yalnız publisistlər danışmırlar. Rusiyanın keçmiş maliyyə naziri və baş nazirin birinci müavini Anton Siluanov hələ ötən ilin oktyabrda deyirdi ki, Rusiya müdafiəyə həddən artıq çox vəsait xərcləyir və artıq SSRİ bunu etdiyi üçün dağılıb. Rusiyanın bu böhranda çox ciddi sınaqlarla qarşılaşacağı istisna olunmur”, – hərbi ekspert yekunlaşdırıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol