• $
  • €
  • ₽
  • ₺
  • £

6 icra başçısı dəyişdi: Növbədə onlardır

6 icra başçısı dəyişdi: Növbədə onlardır
08.06.2018 11:02
11 aprel prezident seçkilərindən sonra hökumətin tərkibində gözlənilən dəyişikliklər oldu. Prezidentin andiçmə mərasiminin dərhal ardından başlayan islahatlar icra strukturlarını da əhatə etməkdədir. Artıq indiyə qədər 6 icra başçısı dəyişdirilib.

Axar.az xəbər verir ki, vəzifəsindən ilk azad edilən icra hakimiyyətinin başçısı Bakı şəhər meri Hacıbala Abutalıbov oldu. H.Abutalıbov tutduğu vəzifədən azad edildi və baş nazirin müavini vəzifəsinə təyinat aldı. Hələlik, Bakı meri vəzifəsi vakantdır.

17 may tarixində Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərov Prezidenti İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edildi. Yerinə isə dünən, 6 iyun tarixində Elxan Allahverdiyev təyinat aldı.

X.İsgəndərovdan cəmi bir gün sonra, 18 may tarixində həmkarı, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov vəzifəsindən kənarlaşdırıldı. Elə həmin gün digər sərəncamla Rövşən İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi.

Bir neçə gün öncə isə Ramiz Yediyarov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Sabiq başçı bundan sonra heç yerə təyinat almadığı kimi, boş qalan postuna da təyin edilən olmayıb.

6 iyun tarixində Ağdam rayon icra başçısı Raqub Məmmədov, bir gün sonra, 7 iyun tarixində isə Tovuz rayon icra başçısı Tofiq Zeynalov vəzifəsindən uzaqlaşdırıldı.

R.Məmmədovun yerinə təyinat baş tutmasa da, T.Zeynalovun vəzifəsini bundan sonra Məmməd Məmmədov icra edəcək.

Bakı da daxil olmaqla, dəyişən 6 rayon icra başçısından 3-nün yerinə təyinat olsa da, hazırda Bakı, Gədəbəy və Ağdamın icra başçı yoxdur.

Maraq doğuran və ictimaiyyət tərəfindən məmnunluqla qarşılanan məqamlardan biri də yeni təyin edilən başçılar haqda "0 informasiya” olmasıdır. Belə ki, yenilərlə bağlı hər hansı ciddi məlumat yoxdur, onların adı hansısa qalmaqalda və ya neqativlikdə hallanmayıb.

Bu da onlara olan inamı daha da artırır.

Millət vəkilləri, politoloqlar hesab edir ki, bu tendensiya davam edəcək və daha bir neçə rayon yeni icra başçısı ilə təyin ediləcək.

Millət vəkili Zahid Oruc bu dəyişikliklərin gözlənilən olduğunu və bununla bağlı prezidentin də elə ötən il xəbərdarlıq etdiyini bildirib. O bildirib ki, ötən ilin sonlarında Prezident İlham Əliyevin ilin yekunları ilə bağlı toplantısında icra başçılarına yönəli çıxışı, onlara müəyyən vaxt verməsi əslində bu dəyişikliklərin xəbərçisi idi.

Sitat: "Biz icra orqanlarının işinə cəlb olunan investisiyaların miqdarına, açılan iş yerlərinə, yaradılan ümumdaxili məhsula və s. görə qiymət verəcəyik”.

Görünən odur ki, qiymətləndirmə zamanı "2”-yə layiq iş görənlər kəsilir və sistemdən xaric edilir.

Deputat Vahid Əhmədov da işləməyən icra başçılarına heç bir şans verilməyəcəyini, birdəfəlik vəzifədən azad ediləcəyini bildirmişdi. Millət vəkilinin sözlərinə görə, yeni təyinatlar davam edəcək:

"Hansı icra başçıları işləyir, yeni iş yerləri açır və müəyyən investisiya yatırımında iştirak edirlər, onlar öz vəzifələrində qalacaqlar. Bir millət vəkili olaraq mütəmadi rayonlarda oluram. Elə icra başçıları var ki, onlar çox yaxşı işləyirlər. Onlarla bağlı hər hansı dəyişiklik gözlənilmir. Amma işləməyənlərlə bağlı tədbirlər görüləcək”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol