• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan Ermənistanı blokadada saxlayır” - Erməni nazir

“Azərbaycan Ermənistanı blokadada saxlayır” - Erməni nazir
08.06.2018 12:20
"Qarabağ bizim üçün konkret insanların – Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi məsələsi olub və bu cür də qalır"

AzVision.az xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Zohrab Mnaçakanyan "Kommersant”a müsahibəsində deyib. Sualları cavablandıran Mnaçakanyan Ermənistanın həmişəki ənənəvi destruktiv mövqeyinə sadiq qalaraq, münaqişənin həll olunmamasında Azərbaycanı günahlandırıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağın təhlükəsizliyi və statusu Ermənistan üçün ən önəmli məsələdir: "Biz ağıllı insanlarıq və Dağlıq Qarabağın təhlükəsizliyi və statusuna dair narahatlığımızla əlaqədar suallar verməyə ciddi əsasımız var. Bizə sülh şəraitində yaşayan region lazımdır. Amma bu sülh bizim insanlarımızn təhlükəsizliyi bahasına əldə olunmamalıdır. Bax, bu çərçivədə biz bütün regionun sülh və təhlükəsizliyi üçün danışıqlar prosesini davam etdirmək istəyirik” – deyə Mnaçakanyan bildirib. 

"Dağlıq Qarabağ münaqişəsinin həllində kompromisslərə doğru hərəkət etmək nə dərəcədə mümükündür?” sualına Mnaçakanyanın cavabı belə olub: "Kompromisslərə doğru hərəkət mümükündür və inanıram ki, regionda sülh və sabitlik hamı üçün vacibdir. Lakin fikir vermisinizsə, biz daha bir məqama diqqət yetiririk – danışıqlar prosesi sülhü təşviq edən atmosferdə getməlidir.” 

Ermənistan xarici işlər naziri "əgər Azərbaycan Avrasiya İqtisadi Birliyi ilə yaxınlaşsa, Ermənistanın mövqeyi necə olacaq?” sualını da cavablandırıb. Bildirib ki, Azərbaycan bu gün Ermənistanı blokadada saxlayan ölkədir.

"Əməkdaşlıq məsələsinə gəldikdə biz mövcud reallığı nəzərə almaya bilmərik. Reallıq isə odur ki, bütün növ əlaqələrdən tam imtina olunduğu bir vəziyyət var. Hətta insani əlaqələrdən və mən hələ heç iqtisadi əlaqələrdən danışmıram. Yaxşı bəs onda biz nədən danışırıq? Avrasiya İqtisadi Birliyindəki ölkələrdən birini iqnor edən dövlətin müşahidəçi olmağından? Həmin ölkə ilə danışmağa dəyməz deyən dövlətdən? Avrasiya İqtisadi Birliyi - əməkdaşlıq təşkilatıdır. Siz bizdən nə gözləyirsiniz?". 

Görünür, Ermənistanın yeni xarici işlər naziri sələfi Edvard Nalbandyanın yolunu getməkdə qərarlıdır. Əks təqdirdə, "sülh” istəyən "diplomat” münaqişənin mahiyyətinə və əsl reallığa zidd bu cür bəyanatlar səsləndirməz. Əsl reallıq isə odur ki, Ermənistan məhz Azərbaycan torpaqlarını işğal etdiyinə və bu işğalı davam etdirdiyinə, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı status-kvonu saxladığına görə regiondakı bütün iqtisadi-ticari layhələrdən təcrid vəziyyətinə düşüb. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, konstruktiv əməkdaşlığa, hətta çökən Ermənistan iqtisadiyyatının dirçəlişinə kömək etməyə, regionda hərtərfəli qarşılıqlı iqtisadi inteqrasiyaya hazırdır. Amma bunun üçün ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, işğala son qoyulmalıdır. Bu mənada, Azərbaycanı ittiham edən Mnaçakanyan yəqin unudur ki, regionda sülh və sabitliyə ən başlıca təhlükə ölkəsinin işğalçı siyasətidir. 

Erməni nazir unutmamalıdır ki, qarşılıqlı etimad tədbirlərinin gücləndirilməsi və Ermənistan-Azərbaycan cəmiyyətləri arasında xalq diplomatiyasının – sülh platformasının ilk təşəbbüskarı və icraçısı da Azərbaycandır. Ermənistan isə Bakının təklif etdiyi xalq diplomatiyasını nəinki rədd edib, hətta onu dəstəkləyən erməni vətəndaşları, ictimai xadimlərini təqib və təhdid edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol